Fənn · Elektrik və elektronika mühəndisliyi.

İfrat gərginliklər və izolyasiyanın koordinasiyası

MS-03046 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Akademik il

2026-2027

Fənnin təsviri

Fənn ifrat gərginliklərin yaranma səbəblərini, xarakteristikalarını və təsnifatını, ifrat gərginlik dalğalarının tək və çoxnaqilli sistemlərdə yayılma qanunauyğunluqlarını öyrədir. Hava xətlərinin, yarımstansiyaların və elektrik maşınlarının ildırım mühafizəsi, torpaqlama, mühafizə aparatları və qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcıları, kommutasiya və ferorezonans ifrat gərginlikləri, izolyasiyanın koordinasiyası və yüksəldilmiş gərginliklə sınaqlar nəzərdən keçirilir.

Fənn təlim nəticələri

  1. CLO 1: İfrat gərginliklərin yaranma səbəblərini, ümumi xarakteristikalarını və təsnifatını izah edir, ildırım mənşəli ifrat gərginliklərin elektrik qurğularına təsirini təhlil edir.

  2. CLO 2: İfrat gərginlik dalğalarının elektromaqnit yayılma qanunauyğunluqlarını və çoxnaqilli sistemlərdə dalğa proseslərini təhlil edir, onların elektrik veriliş xətlərində yayılma xüsusiyyətlərini müəyyənləşdirir.

  3. CLO 3: İldırım mühafizə trosları ilə təchiz edilmiş və edilməmiş hava xətlərinin ildırıma davamlılığını qiymətləndirir, elektrik stansiyalarının, yarımstansiyaların və hava xətlərinin ildırımın birbaşa zərbələrindən mühafizə üsullarını izah edir.

  4. CLO 4: Yüksək gərginlikli elektrik qurğularında torpaqlama sistemlərinin və mühafizə aparatlarının təyinatını izah edir, qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcılarının iş prinsipini və yarımstansiyaların ildırım mühafizəsində tətbiqini əsaslandırır.

  5. CLO 5: Elektrik maşınlarının ildırım mühafizəsini, izolyasiyanın impuls gərginliyinə davamlılığını və daxili ifrat gərginliklərin yaranma səbəblərini təhlil edir, kommutasiya və ferorezonans proseslərinin elektrik avadanlıqlarına təsirini qiymətləndirir.

  6. CLO 6: Elektrik avadanlıqlarının izolyasiyasının ifrat gərginliklərə davamlılığının yoxlanılması məqsədilə yüksəldilmiş gərginliklə sınaqların mahiyyətini və tətbiq xüsusiyyətlərini izah edir.