Fənn · Elektrik və elektronika mühəndisliyi.
Elektroenergetika sistemində avtomatik idarəetmə
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
—
Fənnin təsviri
“Elektroenergetika sistemində avtomatik idarəetmə” fənnin işçi tədris proqramı (sillabus) hazırlanarkən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29/32-548F/2025/1 nömrəli, “08” 09 2025-ci il tarixli Əmri ilə fənnin təsdiq edilmiş Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi) əsas götürülür. “Elektroenergetika sistemində avtomatik idarəetmə” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə bu sahədə əsas anlayışları, nəzəri bilikləri və praktiki bacarıqların mənimsənilməsi üçün mövzuları təqdim edir və 90 kr proqram üzrə təhsil alanlar üçün nəzərdə tutulur. Proqram çərçivəsində tələbələrə idarəetmə sistemlərinin əsas prinsiplərini, enerji və elektromexaniki sistemlərin davranışını anlamağı, sistemlərin riyazi modellərini çıxarmağı, zaman və tezlik cavabını təhlil etməyi, sabitlik və sabit rejim xətalarını qiymətləndirməyi, həmçinin kompensatorlar və müasir idarəetmə üsulları ilə sistem dizaynı aparmağı öyrədir. Proqram nəzəri bilik, təhlil və tətbiqi bacarıqları inkişaf etdirməyə yönəlib. “Elektroenergetika sistemində avtomatik idarəetmə” fənni ənnini dinləmədən əvvəl tələbələr diferensial tənlikləri və onların həll üsullarını, Laplas çevirməsini və onun idarəetmə sistemlərində tətbiqini, matrisa əməliyyatları və vektorlarla işləməyi, sistem modellərinin riyazi təsvirini başa düşməlidir. Eyni zamanda blok diaqramları oxumağı və onlarla işləməyi, siqnal axını qrafiklərinin əsasını başa düşməyi, sistemlərin giriş-çıxış funksiyasını hesablamağı və sadə qrafiklərlə təsvir etməyi bacarmalıdır. “Elektroenergetika sistemində avtomatik idarəetmə” fənni güc sistemləri, elektrik maşınları və transformatorlar, mexanika və elektromexanika, riyaziyyat (xüsusilə diferensial tənliklər və Laplas çevirməsi) və idarəetmə sistemləri fənləri ilə bağlıdır. Həmçinin kompüter proqramlaşdırma və simulyasiya fənləri ilə də əlaqəlidir, çünki tələbələr sistem modellərini MATLAB/Simulink və ya digər simulyasiya vasitələri ilə analiz edirlər.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.