Fənn · Elektrik və elektronika mühəndisliyi.

Süni intellekt əsasında elektrik və elektron sistemlərinin analizi

MM-03066 kreditYaz semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Akademik il

2026-2027

Fənnin təsviri

Fənn süni intellekt texnologiyalarının elektrik və elektron sistemlərinin analizində, elektroenergetika sektorunda və elektrik mühəndisliyində tətbiqini öyrədir. Süni intellekt proqram təminatı, maşın öyrənməsi əsasında verilənlərin təhlili, proqnozlaşdırma və diaqnostika, enerji sistemlərinin dispetçer mərkəzlərində intellektual idarəetmə həlləri, eləcə də bu sahədə elmi tədqiqatların planlaşdırılması və nəticələrinin təhlili nəzərdən keçirilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Süni intellektin əsas prinsiplərini və onun elektrik-elektron sistemlərdə tətbiq sahələrini bilməlidir.

  2. CLO 2: Elektrik və elektron komponentlərin iş prinsiplərini analiz etmək və bu sistemlər üçün uyğun AI modelləri seçmək bacarığına malik olmalıdır.

  3. CLO 3: Məlumatların toplanması, emalı və analizinə dair alqoritmləri tətbiq edə bilməli, xüsusilə maşın öyrənməsi metodlarını praktikada istifadə etməyi bacarmalıdır.

  4. CLO 4: Müasir simulyasiya və proqramlaşdırma mühitlərində (MATLAB, Python və s.) süni intellekt alqoritmləri ilə sistem modelləri qurmaq və optimallaşdırmaq bacarığı tələb olunur.

  5. CLO 5: Real vaxt rejimində işləyən sistemlər üçün qərar qəbuletmə mexanizmlərini layihələndirmək və test etmək qabiliyyəti vacibdir.

  6. CLO 6: Elektrik və elektron sistemlərin strukturunu və iş prinsiplərini süni intellekt alqoritmləri ilə analiz etməyi bacarırlar.