Subject · Electrical and electronics engineering.
Süni intellekt əsasında elektrik və elektron sistemlərinin analizi
About the subject
Credits
6
Workload
180hours
Semester
Spring
Academic year
2026-2027
Subject description
Fənn süni intellekt texnologiyalarının elektrik və elektron sistemlərinin analizində, elektroenergetika sektorunda və elektrik mühəndisliyində tətbiqini öyrədir. süni intellekt proqram təminatı, maşın öyrənməsi əsasında verilənlərin təhlili, proqnozlaşdırma və diaqnostika, enerji sistemlərinin dispetçer mərkəzlərində intellektual idarəetmə həlləri, eləcə də bu sahədə elmi tədqiqatların planlaşdırılması və nəticələrinin təhlili nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Süni intellektin əsas prinsiplərini və onun elektrik-elektron sistemlərdə tətbiq sahələrini bilməlidir.
CLO 2: Elektrik və elektron komponentlərin iş prinsiplərini analiz etmək və bu sistemlər üçün uyğun AI modelləri seçmək bacarığına malik olmalıdır.
CLO 3: Məlumatların toplanması, emalı və analizinə dair alqoritmləri tətbiq edə bilməli, xüsusilə maşın öyrənməsi metodlarını praktikada istifadə etməyi bacarmalıdır.
CLO 4: Müasir simulyasiya və proqramlaşdırma mühitlərində (matlab, python və s.) süni intellekt alqoritmləri ilə sistem modelləri qurmaq və optimallaşdırmaq bacarığı tələb olunur.
CLO 5: Real vaxt rejimində işləyən sistemlər üçün qərar qəbuletmə mexanizmlərini layihələndirmək və test etmək qabiliyyəti vacibdir.
CLO 6: Elektrik və elektron sistemlərin strukturunu və iş prinsiplərini süni intellekt alqoritmləri ilə analiz etməyi bacarırlar.






