Ümumi məlumat
- Fənn kodu
- MM-0304
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə
- Auditoriyadankənar saatlar
- a) 150 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektroenergetika obyektlərinin müasir rəqəmsal texnologiyalar əsasında layihələndirilməsi, modelləşdirilməsi, təhlili və istismarı üzrə bilik və bacarıqlar formalaşdırır. CAD/CAE sistemləri, BIM texnologiyaları, rəqəmsal əkiz (Digital Twin), SCADA, GIS, ETAP, MATLAB/Simulink və digər proqram vasitələrinin tətbiqi ilə elektrik şəbəkələrinin layihələndirilməsi və istismarının rəqəmsallaşdırılması öyrənilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- laboratoriya işi
- problemə əsaslanan təlim
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektroenergetikanın rəqəmsal transformasiyasının əsas anlayışlarını və rəqəmsal layihələndirmənin prinsiplərini izah edir.
CLO 2: CAD/CAE və BIM texnologiyalarından istifadə edərək elektroenergetika obyektlərinin rəqəmsal layihələrini hazırlayır.
CLO 3: ETAP, DIgSILENT PowerFactory və MATLAB/Simulink proqramlarında elektrik şəbəkələrinin kompüter modellərini qurur və rejimlərini təhlil edir.
CLO 4: Smart Grid, rəqəmsal yarımstansiya, rəqəmsal əkiz (Digital Twin) və Əşyaların İnterneti texnologiyalarının elektroenergetikada tətbiqini qiymətləndirir.
CLO 5: SCADA və GIS sistemlərinin elektrik şəbəkələrinin istismarının rəqəmsallaşdırılmasında rolunu izah edir və tətbiq imkanlarını təhlil edir.
CLO 6: Süni intellekt və böyük verilənlər (Big Data) üsullarının enerji obyektlərinin kompleks rəqəmsal layihələndirilməsində tətbiqi üzrə əsaslandırılmış təkliflər hazırlayır.
Mövzu planı
- 1.Rəqəmsal layihələndirmənin əsasları Elektroenergetikanın rəqəmsal transformasiyasıMəşğələ
- 2.Müasir CAD/CAE sistemləri. AutoCAD Electrical proqramında işləməMəşğələ
- 3.BIM texnologiyaları. Elektrik şəbəkələrinin rəqəmsal modelləriMəşğələ
- 4.Yarımstansiyanın rəqəmsal sxeminin hazırlanmasıMəşğələ
- 5.Kompüter modelləşdirilməsi. ETAP proqramı. DIgSILENT PowerFactory proqramıMəşğələ
- 6.ETAP proqramında elektrik şəbəkəsinin modelləşdirilməsiMəşğələ
- 7.MATLAB/Simulink mühitiMəşğələ
- 8.ANSYS Maxwell proqramı. Qısaqapanma cərəyanlarının təhliliMəşğələ
- 9.İntellektual energetika Smart Grid (Ağıllı Elektrik Şəbəkələri)Məşğələ
- 10.Rəqəmsal yarımstansiyalar. Güc axınlarının (Load Flow) hesablanmasıMəşğələ
- 11.Rəqəmsal əkizlər (Digital Twin)Məşğələ
- 12.Əşyaların İnterneti (IoT). Keçid proseslərinin modelləşdirilməsiMəşğələ
- 13.Müasir texnologiyalarMəşğələ
- 14.Energetikada süni intellekt. Böyük verilənlər (Big Data). PowerFactory proqramında işMəşğələ
- 15.Enerji obyektlərinin kompleks rəqəmsal layihələndirilməsi. Smart Grid modelinin yaradılmasıMəşğələ
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-4 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-4 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-4 |






