Fənn · Elektrik və elektronika mühəndisliyi.
Elektroenergetikada rəqəmsal mühəndislik
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fənn elektroenergetika obyektlərinin müasir rəqəmsal texnologiyalar əsasında layihələndirilməsi, modelləşdirilməsi, təhlili və istismarı üzrə bilik və bacarıqlar formalaşdırır. CAD/CAE sistemləri, BIM texnologiyaları, rəqəmsal əkiz (Digital Twin), SCADA, GIS, ETAP, MATLAB/Simulink və digər proqram vasitələrinin tətbiqi ilə elektrik şəbəkələrinin layihələndirilməsi və istismarının rəqəmsallaşdırılması öyrənilir.
Fənn təlim nəticələri
CLO 1: Elektroenergetikanın rəqəmsal transformasiyasının əsas anlayışlarını və rəqəmsal layihələndirmənin prinsiplərini izah edir.
CLO 2: CAD/CAE və BIM texnologiyalarından istifadə edərək elektroenergetika obyektlərinin rəqəmsal layihələrini hazırlayır.
CLO 3: ETAP, DIgSILENT PowerFactory və MATLAB/Simulink proqramlarında elektrik şəbəkələrinin kompüter modellərini qurur və rejimlərini təhlil edir.
CLO 4: Smart Grid, rəqəmsal yarımstansiya, rəqəmsal əkiz (Digital Twin) və Əşyaların İnterneti texnologiyalarının elektroenergetikada tətbiqini qiymətləndirir.
CLO 5: SCADA və GIS sistemlərinin elektrik şəbəkələrinin istismarının rəqəmsallaşdırılmasında rolunu izah edir və tətbiq imkanlarını təhlil edir.
CLO 6: Süni intellekt və böyük verilənlər (Big Data) üsullarının enerji obyektlərinin kompleks rəqəmsal layihələndirilməsində tətbiqi üzrə əsaslandırılmış təkliflər hazırlayır.






