Fənn · Elektrik və elektronika mühəndisliyi.

Elektrik və elektron sistemlərində elektromaqnit uyğunluğuSillabus

MM-03026 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0302
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn elektromaqnit uyğunluğunun (EMU) əsas anlayışlarını, elektromaqnit maneələrinin təsvir üsullarını, spektrlərini və mənbələrinin təsnifatını, maneələrin qalvanik, tutum, induktiv və şüalanma mexanizmlərini öyrədir. Süzgəclər, ifrat gərginlik məhdudlaşdırıcıları, ekranlama və ayırıcı elementlər kimi mühafizə vasitələri, elektrik energetikası obyektlərində elektromaqnit şəraitinin təyini, harmonikalar, həmçinin elektromaqnit sahələrinin ekoloji təsiri və normativ baza nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problemə əsaslanan təlim
  • layihəyə əsaslanan təlim
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Elektromaqnit uyğunluğunun (EMU) əsas terminologiyasını, təriflərini, maneə növlərini (darzolaqlı, simfazalı, əks-fazalı) və elektromaqnit proseslərinin zaman və tezlik sahələrində riyazi təsvir üsullarını (Furye sırası və inteqralı) izah edə və tətbiq edə bilir.

  2. CLO 2: Müxtəlif mənşəli elektromaqnit maneə mənbələrini (rabitə vericiləri, avtomobil alışdırma qurğuları, ildırım, keçid prosesləri) təsnif edə bilir və ətraf mühit siniflərinin xüsusiyyətlərini qiymətləndirə bilir.

  3. CLO 3: Elektromaqnit maneələrinin yaranma mexanizmlərini — qida zəncirləri və torpaqlama konturları üzrə qalvanik, tutum, induktiv təsirləri və şüalanma əlaqələrini fərqləndirə və təhlil edə bilir.

  4. CLO 4: Passiv maneəboğucu komponentləri, süzgəcləri, ifrat gərginlik məhdudlaşdırıcılarını, ekranlaşdırma texnologiyalarını və ayırıcı elementləri seçə bilir və onlardan mühafizə məqsədilə istifadə etməyi bacarır.

  5. CLO 5: Elektrik energetikası obyektlərində elektromaqnit şəraitini təyin edə bilir, elektrik şəbəkələrinin yük düyünlərində harmonikaların yaranma səbəblərini və avadanlıqlara təsirini qiymətləndirib, onların səviyyələrinin məhdudlaşdırılması yollarını tətbiq edə bilir.

  6. CLO 6: Elektromaqnit sahələrinin canlı orqanizmlərə ekoloji və texnogen təsirlərini, müvafiq normativ bazanı, tac boşalmasının təsirlərini (radiomaneə və akustik küy) və elektrik ötürmə xətlərinin rabitə xətlərinə təsirini analiz edə bilir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6