Subject · Electrical and electronics engineering.

Elektrik və elektron sistemlərində elektromaqnit uyğunluğuSyllabus

MM-03026 creditsAutumn semesterCompulsory2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MM-0302
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Compulsory
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Independent study hours
a) 135 saat - sərbəst iş

About the subject

Fənn elektromaqnit uyğunluğunun (emu) əsas anlayışlarını, elektromaqnit maneələrinin təsvir üsullarını, spektrlərini və mənbələrinin təsnifatını, maneələrin qalvanik, tutum, induktiv və şüalanma mexanizmlərini öyrədir. süzgəclər, ifrat gərginlik məhdudlaşdırıcıları, ekranlama və ayırıcı elementlər kimi mühafizə vasitələri, elektrik energetikası obyektlərində elektromaqnit şəraitinin təyini, harmonikalar, həmçinin elektromaqnit sahələrinin ekoloji təsiri və normativ baza nəzərdən keçirilir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • problem-based learning
  • project-based learning
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Elektromaqnit uyğunluğunun (emu) əsas terminologiyasını, təriflərini, maneə növlərini (darzolaqlı, simfazalı, əks-fazalı) və elektromaqnit proseslərinin zaman və tezlik sahələrində riyazi təsvir üsullarını (furye sırası və inteqralı) izah edə və tətbiq edə bilir.

  2. CLO 2: Müxtəlif mənşəli elektromaqnit maneə mənbələrini (rabitə vericiləri, avtomobil alışdırma qurğuları, ildırım, keçid prosesləri) təsnif edə bilir və ətraf mühit siniflərinin xüsusiyyətlərini qiymətləndirə bilir.

  3. CLO 3: Elektromaqnit maneələrinin yaranma mexanizmlərini — qida zəncirləri və torpaqlama konturları üzrə qalvanik, tutum, induktiv təsirləri və şüalanma əlaqələrini fərqləndirə və təhlil edə bilir.

  4. CLO 4: Passiv maneəboğucu komponentləri, süzgəcləri, ifrat gərginlik məhdudlaşdırıcılarını, ekranlaşdırma texnologiyalarını və ayırıcı elementləri seçə bilir və onlardan mühafizə məqsədilə istifadə etməyi bacarır.

  5. CLO 5: Elektrik energetikası obyektlərində elektromaqnit şəraitini təyin edə bilir, elektrik şəbəkələrinin yük düyünlərində harmonikaların yaranma səbəblərini və avadanlıqlara təsirini qiymətləndirib, onların səviyyələrinin məhdudlaşdırılması yollarını tətbiq edə bilir.

  6. CLO 6: Elektromaqnit sahələrinin canlı orqanizmlərə ekoloji və texnogen təsirlərini, müvafiq normativ bazanı, tac boşalmasının təsirlərini (radiomaneə və akustik küy) və elektrik ötürmə xətlərinin rabitə xətlərinə təsirini analiz edə bilir.

Topic plan

  1. 1.
    Əsas terminlər, təriflər və emu-nun ümumi məsələləriLecture

    Əsas terminlər və tərifi, elektromaqnit uyğunluğu, elektromaqnit təsirləri, maneə səviyyəsi, maneəboğma, əks-fazalı və simfazalı maneələr, torpaq və kütlə

  2. 2.
    Elektromaqnit maneələrinin təsvir üsulları, spektrləri və parametrləriLecture

    Elektromaqnit təsirlərinin tezlik və zaman sahələrində təsviri, periodik zaman funksiyalarının tezlik sahəsində təqdim olunması və furye sırası, qeyri-periodik zaman funksiyalarının tezlik sahəsində təqdim olunması və furye inteqralı, elektromaqnit maneələrinin mümkün qiymət diapazonları, bəzi periodik və impuls proseslərinin spektrləri, ötürmə yollarının və qəbuledicilərin nəzərə alınması

  3. 3.
    Maneə mənbələrinin təsnifatı, darzolaqlı və genişzolaqlı impuls maneələriLecture

    Maneə mənbələrinin təsnifatı, rabitə vericiləri, yüksək tezlikli generatorlar, radioqəbuledicilər, hesablama sistemləri, kommutasiya qurğuları, şəbəkəyə təsirlər, şəhərlərdə ilkin maneə səviyyəsi, avtomobil alışdırma qurğuları, qazboşalma lampaları, kollektorlu mühərriklər və yüksəkgərginlikli hava xətləri

  4. 4.
    Genişzolaqlı keçid maneələri və ətraf mühit sinifləriLecture

    Statik elektrik boşalmaları, induktiv dövrələrdə cərəyan kommutasiyası, aşağı və yüksək gərginlikli şəbəkələrdə keçid prosesləri, sınaq qurğuları, ildırım və nüvə partlayışının elektromaqnit impulsu, ətraf mühitin naqillərlə bağlı və elektromaqnit şüalanması ilə bağlı maneələrə görə təsnifatı

  5. 5.
    Maneələrin yaranma mexanizmləriLecture

    Qalvanik və tutum təsirləri. mexanizmlərə ümumi baxış, qida zəncirləri, siqnal konturları və torpaqlama konturları üzrə qalvanik təsir, qalvanik ayrılmış konturlar, istinad potensialı sisteminin ümumi naqili, torpağa nəzərən böyük tutumlu cərəyan konturları və ildırımın tutum təsiri

  6. 6.
    Maneələrin yaranma mexanizmləri: i̇nduktiv təsirlər və şüalanma. i̇nduktiv təsir, elektromaqnit şüalanmasının təsiriLecture
  7. 7.
    Passiv maneəboğucu komponentlərLecture

    Süzgəclər və ifrat gərginlik məhdudlaşdırıcıları. passiv komponentlərə ümumi baxış, süzgəclərin təsir prinsipi, süzgəc elementləri, şəbəkə süzgəcləri, ifrat gərginlik məhdudlaşdırıcılarının təsir prinsipi və müdafiə elementləri

  8. 8.
    Ekranlama və ayırıcı elementlər. ekranların təsir prinsipi və hazırlanma materialları, cihazların, otaqların və kabellərin ekranlanması, ayırıcı elementlərLecture
  9. 9.
    Elektrik energetikası obyektlərində emş-nin təyiniLecture

    Mərhələlər və keçid prosesləri. ümumi müddəalar və işlərin əsas mərhələləri, rele mühafizəsi və texnoloji idarəetmə sistemlərinin kabellərinə sənaye tezlikli cərəyan və gərginliklərin təsiri, kommutasiyalar və qısaqapanmalar zamanı keçid prosesləri ilə şərtlənən impuls maneələri

  10. 10.
    Elektrik şəbəkələrinin yük düyünlərində EMU və harmonika mənbələri. giriş, harmonika mənbəyi kimi statik çevirici və digər harmonika mənbələriLecture
  11. 11.
    Harmonikaların təsiri və səviyyələrin məhdudlaşdırılmasıLecture

    Harmonikaların elektrik təchizatı sistemlərinə, fırlanan maşınlara, statik avadanlıqlara, rele mühafizəsinə, istehlakçı avadanlıqlarına, gücün və enerjinin ölçülməsinə təsiri, gərginlik və cərəyan harmonikalarının səviyyələrinin məhdudlaşdırılması

  12. 12.
    Sahələrin ekoloji və texnogen təsiriLecture

    Canlı orqanizmlər və normativ baza. elektromaqnit uyğunluğunun ekoloji aspektləri, canlı orqanizmlərin fəaliyyətində elektrik proseslərinin rolu, iş yerlərində və məişətdə elektromaqnit şəraiti, təsir mexanizmləri

  13. 13.
    Tac boşalmasının ekoloji təsiri, radiomaneələr və akustik küylər. tac boşalmasının ekoloji təsiri, radiomaneələr, akustik küy, radiomaneələr və akustik küylər üzrə normativ bazaLecture
  14. 14.
    Elektrik ötürülməsi xətlərinin rabitə xətlərinə təsiri. təhlükəli təsirlər, maneə törədən təsirlərLecture
  15. 15.
    Elektromaqnit uyğunluğunun ümumi məsələləriSeminar
  16. 16.
    Elektromaqnit maneələrinin mənbələriSeminar
  17. 17.
    Maneələrin yaranma mexanizmləri və onların azaldılması üzrə tədbirlərSeminar
  18. 18.
    Passiv maneəboğucu və müdafiə komponentləriSeminar
  19. 19.
    Elektrik energetikası obyektlərində elektromaqnit şəraitinin təyin edilməsiSeminar
  20. 20.
    Elektrik şəbəkələrinin yük düyünlərində texniki vasitələrin elektromaqnit uyğunluğuSeminar
  21. 21.
    Sahələrin ekoloji və texnogen təsiri (məşğələ)Seminar

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6