Fənn · Cihaz mühəndisliyi (master)

Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma sistemləriSillabus

MS-150016 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-15001
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə:30 Seminar:15
Auditoriyadan kənar saatlar
TSİ:81 MRTSİ:54

Fənn haqqında

“Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma sistemləri” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə keyfiyyətə nəzarət, diaqnostika, standartlaşdırma və sertifikatlaşdırma ixtisaslaşmaları üzrə fundamental biliklər qazandırmaq məqsədi daşıyır. Fənnin tədrisində əsas hədəf magistrantlara beynəlxalq, regional və milli uyğunluğun qiymətləndirilməsi metodologiyalarını, akkreditasiya orqanlarının fəaliyyətini və texniki-normativ hüquqi bazanı dərindən öyrətməkdir. Kursun proqramı məhsul, xidmət, şəxslərin və idarəetmə sistemlərinin (ISO 9001, ISO 14001 və s.) sertifikatlaşdırılması prosedurlarını və xüsusi spesifik tələblərini ətraflı şəkildə əhatə edir. Tədris müddətində tələbələr ISO/IEC 17000 və 17011 seriyası standartlarının prinsipləri, milli akkreditasiya sisteminin quruluşu, eləcə də sənaye müəssisələrində bu proseslərin optimallaşdırılması mövzularını mənimsəyirlər. Fənn magistrantlara keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğun yoxlanılması, texniki sənədləşmənin tərtibi və ILAC, IAF kimi beynəlxalq qarşılıqlı tanınma mexanizmlərindən istifadə edərək sertifikatlaşdırma proseslərini peşəkar səviyyədə təşkil etmək bacarıqları aşılayır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1 (Uyğunluğun qiymətləndirilməsi mexanizmləri): Uyğunluğun qiymətləndirilməsi prinsiplərini, milli və beynəlxalq sertifikatlaşdırma sistemlərinin quruluşunu təhlil edir, məhsul, xidmət və idarəetmə sistemlərinə tətbiq olunan müvafiq qiymətləndirmə prosedurunu müəyyənləşdirir.

  2. CLO 2: FTN 2 (Sertifikatlaşdırma sxemləri və bəyanetmə): Beynəlxalq təcrübəyə (ISO/IEC standartları) uyğun olaraq məhsul və xidmətlərin sertifikatlaşdırılması sxemlərini seçir, uyğunluq bəyannaməsi (declaration of conformity) və sertifikatların rəsmiləşdirilməsi qaydalarını həyata keçirir.

  3. CLO 3: FTN 3 (Akkreditasiya və laboratoriya nəzarəti): Qiymətləndirmə orqanlarının və sınaq laboratoriyalarının ISO/IEC 17011, ISO/IEC 17025 və ISO/IEC 17065 standartları əsasında akkreditasiyası şərtlərini təhlil edir, onların kompetentliyini və texniki imkanlarını qiymətləndirir.

  4. CLO 4: FTN 4 (Auditin təşkili və inspeksiya): Sertifikatlaşdırma prosesində istehsalatın qiymətləndirilməsi, daxili və xarici auditlərin planlaşdırılması, eləcə də verilmiş sertifikatların qüvvədə qalması üçün inspeksiya nəzarəti (surveillance audit) metodologiyasını tətbiq edir.

  5. CLO 5: FTN 5 (Uyğunsuzluqların analizi və keyfiyyət sənədləşdirilməsi): Sınaq, audit və inspeksiya zamanı aşkar olunmuş uyğunsuzluqları təsnifləşdirir, korektiv tədbirlər planı hazırlayır və ekspertiza nəticələrinə əsasən yekun rəy rəsmiləşdirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. 1.”Məhsulların (işlərin xidmətlərin) sertifikatlaşdırmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında”
  2. 2. “Standartlaşma haqqında” Azərbaycan Respublikasının 17 may 2019-cu il tarixli 1587-ci nömrəli Qanunu. Məmmədov N.R. Sertifikatlaşdırmanın əsasları: Dərs vəsaiti,- Bakı:Elm,2001-312s
  3. 3.Qafarov A.M., Şıxsevdiyev A.Ş., Əliyev E.A. Sertifikatlaşdırma. Aliməktəblər üçün dərslər. Bakı: Çaşıoğlu, 2007.-364s

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5