Fənn · Cihaz mühəndisliyi (master)

Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma sistemləriCLO↔PLO matrisi

MS-150016 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

5 CLO × 5 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-53257FTN 1 (Uyğunluğun qiymətləndirilməsi mexanizmləri): Uyğunluğun qiymətləndirilməsi prinsiplərini, milli və beynəlxalq sertifikatlaşdırma sistemlərinin quruluşunu təhlil edir, məhsul, xidmət və idarəetmə sistemlərinə tətbiq olunan müvafiq qiymətləndirmə prosedurunu müəyyənləşdirir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğundur
CLO 2CLO-83314FTN 2 (Sertifikatlaşdırma sxemləri və bəyanetmə): Beynəlxalq təcrübəyə (ISO/IEC standartları) uyğun olaraq məhsul və xidmətlərin sertifikatlaşdırılması sxemlərini seçir, uyğunluq bəyannaməsi (declaration of conformity) və sertifikatların rəsmiləşdirilməsi qaydalarını həyata keçirir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğundur
CLO 3CLO-89108FTN 3 (Akkreditasiya və laboratoriya nəzarəti): Qiymətləndirmə orqanlarının və sınaq laboratoriyalarının ISO/IEC 17011, ISO/IEC 17025 və ISO/IEC 17065 standartları əsasında akkreditasiyası şərtlərini təhlil edir, onların kompetentliyini və texniki imkanlarını qiymətləndirir.uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 4CLO-12209FTN 4 (Auditin təşkili və inspeksiya): Sertifikatlaşdırma prosesində istehsalatın qiymətləndirilməsi, daxili və xarici auditlərin planlaşdırılması, eləcə də verilmiş sertifikatların qüvvədə qalması üçün inspeksiya nəzarəti (surveillance audit) metodologiyasını tətbiq edir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğundur
CLO 5CLO-94616FTN 5 (Uyğunsuzluqların analizi və keyfiyyət sənədləşdirilməsi): Sınaq, audit və inspeksiya zamanı aşkar olunmuş uyğunsuzluqları təsnifləşdirir, korektiv tədbirlər planı hazırlayır və ekspertiza nəticələrinə əsasən yekun rəy rəsmiləşdirir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    (Dərinləşdirilmiş Layihələndirmə və Elmi-Tədqiqat) Məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində dərindən elmi-nəzəri bilikləri və qabaqcıl mühəndislik metodlarını, proqram təminatlarını tətbiq edərək mürəkkəb və innovativ texniki sistemləri layihələndirmək, elmi-tədqiqat aparmaq, modelləşdirmək və mürəkkəb istehsalat-elmi problemlərini müstəqil həll etmək bacarığına yiyələnməsi.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    (İnnovasiya, Prototipləşdirmə və Keyfiyyətə Nəzarət) Yeni texnoloji processeslərin işlənməsi, qabaqcıl sürətli prototipləşdirmə üsullarının tətbiqi, yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) elmi-təcrübi əsaslarla hazırlanması, yığılması, sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyəti təminat standartlarına uyğunlaşdırılması istiqamətində yüksək səviyyəli praktiki və tədqiqat bacarıqları nümayiş etdirməsi.

    Töhfə verən: CLO 3

  3. PLO 3

    (Davamlı Təhsil, Elmi Fəaliyyət və Doktorantura) Məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olunmaq üçün müstəqil elmi tədqiqatlar aparmaq, elmi məqalələr dərc etdirmək, akademik biliklərini davamlı artırmaq və təhsilini doktorantura (fəlsəfə doktoru - PhD) və ya daha yüksək ixtisaslaşma səviyyəsində uğurla davam etdirmək qabiliyyətinə malik olması.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    (Liderlik, R&D İdarəetməsi və Akademik Kommunikasiya) Disiplinlərarası elmi-tədqiqat və sənaye layihələrində rəhbər və ya aparıcı tədqiqatçı kimi çıxış etmək, elmi-texniki nəticələri, innovativ həlləri və proqramları işəgötürənlərə, sifarişçilərə və beynəlxalq akademik auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    (Elmi Etika, Əqli Mülkiyyət və Sənaye Standartları) Cihaz mühəndisliyi və elmi-tədqiqat fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə (ISO/IEC), elmi/peşə etikasına, əqli mülkiyyətin hüquqi qorunmasına (patentləşdirmə), əməyin mühafizəsi və ətraf mühitin davamlı qorunması prinsiplərinə tam riayət edən cavabdeh mütəxəssis kimi formalaşması.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 4, CLO 5