Magistr proqramı
Kompüter elmləriTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-84075
Riyazi modelləşdirmə, hesablama metodları və tətbiqi riyaziyyatın prinsip və üsullarını mürəkkəb elmi və mühəndislik problemlərinin həllində tətbiq etmək.
PLO 2PLO-84755
Mürəkkəb hesablama problemlərini təhlil etmək, uyğun riyazi metodları və alqoritmləri seçmək, əsaslandırılmış həllər hazırlamaq.
PLO 3PLO-12438
Riyazi və kompüter modelləri qurmaq, müasir proqramlaşdırma və modelləşdirmə mühitlərindən istifadə etməklə tətbiqi modelləri hazırlamaq və sınaqdan keçirmək.
PLO 4PLO-72623
Süni intellekt metodlarını və intellektual sistemləri müxtəlif elmi, mühəndislik və sənaye problemlərinin həllində tətbiq etmək, əldə olunan nəticələrin dəqiqliyini və səmərəliliyini qiymətləndirmək .
PLO 5PLO-31416
Elmi-tədqiqat metodlarından istifadə etməklə müstəqil tədqiqat və hesablama eksperimentləri aparmaq, nəticələri təhlil etmək, əsaslandırmaq və elmi-texniki hesabatlar hazırlamaq.
PLO 6PLO-40762
Fənlərarası və tədqiqat yönümlü layihələrdə əməkdaşlıq etmək, elmi nəticələri təqdim etmək, akademik dürüstlük, etik və ekoloji məsuliyyət prinsiplərinə riayət etmək.