Magistr proqramı

Kompüter elmləriKaryera imkanları

Magistr7005009İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt7 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

8 karyera istiqaməti
  • Riyazi modelləşdirmə və optimallaşdırma

    Mürəkkəb elmi, texniki və iqtisadi problemlərin riyazi modellərinin qurulması, təhlili və optimallaşdırılması.

  • Süni intellekt və intellektual sistemlər

    Süni intellekt alqoritmlərinin, maşın öyrənməsi modellərinin və intellektual sistemlərin hazırlanması və tətbiqi.

  • Proqram təminatının işlənilməsi

    Mürəkkəb proqram təminatının layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi və optimallaşdırılması.

  • Verilənlərin təhlili

    Böyük həcmli verilənlərin emalı, təhlili, modelləşdirilməsi və nəticələr əsasında qərarların dəstəklənməsi.

  • Əşyaların interneti və kiberfiziki sistemlər

    Ağıllı qurğuların, avtomatlaşdırılmış sistemlərin və proqram-texniki həllərin layihələndirilməsi və inkişaf etdirilməsi.

  • İnformasiya sistemləri və rəqəmsal dövlət

    İnformasiya sistemlərinin təhlili, layihələndirilməsi və rəqəmsal xidmətlərin hazırlanması üzrə fəaliyyət.

  • Elmi-tədqiqat fəaliyyəti

    Kompüter elmləri sahəsində müstəqil tədqiqatların aparılması, hesablama metodlarının tətbiqi və elmi nəticələrin hazırlanması.

  • Ali təhsil və akademik inkişaf

    Müvafiq tələblərə uyğun olaraq elmi-pedaqoji fəaliyyət və doktorantura səviyyəsində təhsilin davam etdirilməsi.