Magistr proqramı

Kompüter elmləri

Magistr7005009İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt7 fənn

Proqram haqqında

“Mühəndis riyaziyyatı və süni intellekt” magistratura proqramı riyazi modelləşdirmə, hesablama metodları, optimallaşdırma və süni intellekt sahələrində dərin nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasına yönəlmişdir. Proqramın məqsədi mürəkkəb elmi və mühəndislik problemlərini təhlil etmək, riyazi və hesablama metodlarını tətbiq etmək, innovativ həllər hazırlamaq və müstəqil elmi-tədqiqat aparmaq bacarıqlarına malik mütəxəssislər yetişdirməkdir. Təhsil prosesi analitik düşünmə, problem həlli, akademik dürüstlük və fənlərarası əməkdaşlıq kompetensiyalarının inkişafını dəstəkləyir. Proqramın məzunları elmi-tədqiqat, ali təhsil, mühəndislik, sənaye və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərə, həmçinin təhsillərini doktorantura səviyyəsində davam etdirə bilərlər.

Dərəcə tələbləri

Magistratura proqramının ümumi həcmi 120 AKTS kreditidir və normativ təhsil müddəti 2 ildir. Proqram tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası, ixtisas üzrə məcburi fənlər, elmi-pedaqoji təcrübə, elmi-tədqiqat təcrübəsi və magistrlik dissertasiyasını əhatə edir. Magistrantlardan nəzəri bilikləri mənimsəmək, riyazi və hesablama metodlarını tətbiq etmək, müstəqil elmi-tədqiqat aparmaq və magistrlik dissertasiyasını hazırlayıb müdafiə etmək tələb olunur.

Proqramı araşdırın