Fənn · İqtisadiyyat-magistratura

StatistikaMövzu planı

MİFÜ-42936 kreditPayız semestriMəcburi2025/2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

14 mövzu
  1. 1. Statistikaya giriş. Statistikanın predmeti, əsas anlayışları və üsulları

    Mühazirə

    Statistikanın predmeti, məsələləri və üsulları. Statistikanın yaranmasının tarixi aspektləri və digər elmlərlə qarşılıqlı əlaqəsi. Statistikanın əsas anlayışları. Təsviri və ümumiləşdirici statistika.

  2. 2. Verilənlərin növləri və ölçü sistemləri. Məlumat mənbələri və verilənlərin toplanması və emalı

    Mühazirə

    Məlumatların toplanması üsulları. Anakütlə və seçmə. Məlumatların növləri. Ölçü sistemləri. Məlumat mənbələri. Məlumatların toplanması və emalı məsələləri.

  3. 3. Məlumatların təsvir olunması. Qrafiklər, cədvəllər və diaqramlar

    Mühazirə

    Tezlik paylanması. Nisbi tezlik paylanması. Qruplaşdırma. Qruplaşmış məlumatların tezlik və nisbi tezlik paylanması. Histoqramlar. Qrafik və diaqramlar. Skatteoqram.

  4. 4. Orta kəmiyyətlər

    Mühazirə

    Üstlü və orta kəmiyyətlər. Anakütlə və seçmənin ədədi ortası, median və modu. Çəkili orta, persentil, kvartil və s.

  5. 5. Dispersiya və standart kənarlaşma

    Mühazirə

    Variasiyanın ölçülməsi. Variasiya genişliyi. Anakütlə və seçmənin dispersiya və standart kənarlaşması. Orta və standart kənarlaşmanın birgə tətbiqi.

  6. 6. Ehtimalın əsas xüsusiyyətləri. Ehtimalın hesablanması

    Mühazirə

    Ehtimal anlayışı. Ehtimalın hesablanması düsturları

  7. 7. Ehtimal qaydaları

    Mühazirə

    Ehtimal qaydaları. Müxtəlif iqtisadi proseslərdə ehtimal qaydalarının tətbiqi.

  8. 8. Şərti ehtimal. Bayes teoremi

    Mühazirə

    Şərti ehtimal. Bayes teoremi. İqtisadi proseslərdə Bayes teoreminin tətbiqi. Empirik hesablanması.

  9. 9. Ehtimal paylanmalarına giriş

    Mühazirə

    Diskret və kəsilməz təsadüfi kəmiyyət. Ehtimal paylanmaları. Ehtimalın sıxlıq funksiyası anlayışı. Diskret və kəsilməz təsadüfi dəyişənin riyazi gözləmə və standart kənarlaşması.

  10. 10. Diskret ehtimal paylanması: Binomial ehtimal paylanması

    Mühazirə

    Binomial ehtimal paylanması. Ehtimalın sıxlıq funksiyası. Binomial ehtimal paylanması cədvəli.

  11. 11. Kəsilməz ehtimal paylanması. Normal ehtimal paylanması

    Mühazirə

    Kəsilməz ehtimal paylanmaları. Normal paylanma. Standart normal paylanma. Ehtimalın sıxlıq funksiyası. Standart normal paylanma cədvəli.

  12. 12. İndekslər

    Mühazirə

    İndeks anlayışı. İndividual və ümumi indekslər. Laspeyres, Paaşe və Fişer düsturu. Bazis və zəncirvari indekslər.

  13. 13. Seçmə paylanması

    Mühazirə

    Seçmə xətası və onun hesablanması. Riyazi gözləmənin seçmə paylanması. Mərkəzi Limit Teoremi. Ankaütlənin nisbəti üçün seçmə paylanması.

  14. 14. Anakütlə parametrlərinin qiymətləndirilməsi

    Mühazirə

    Nöqtə təxminetməsi, interval təxminetməsi və onlar arasındakı fərq. Ana kütlənin ədədi ortası üçün etibarlı intervalın Z və t paylanmalarının köməyi ilə qurulması. Ana kütlənin ədədi ortası üçün etibarlı interval, ana kütlənin dispersiyası məlum olduğu hal və naməlum olduğu hal. Ana kütlənin nisbəti (payı) üçün etibarlı interval (böyük ölçülü nümunələr üçün).