Ümumi məlumat
- Fənn kodu
- MİFÜ-4293
- Kredit
- 6
- Tələbənin iş yükü
- 90
- Semestr
- Payız semestri
- Akademik il
- 2025/2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- 30 saat mühazirə
- Auditoriyadan kənar saatlar
- 90 saat sərbəst iş, MRTSİ 60 saat
Fənn haqqında
Fənnin tədrisi zamanı kütləvi hadisələr haqqında məlumatları toplayıb, sistemləşdirib və təhlil etməklə, ölkə iqtisadiyyatının inkişafını, əhalinin həyat səviyyəsini xarakterizə etmək, biznes qərarlarının qəbul edilməsi məqsədilə təhlillərin aparılması, bir sözlə kütləvi hadisələrin kəmiyyət tərəflərini onun keyfiyyət tərəflərindən ayırmadan müəyyən məkan və zaman şəraitində öyrənilməsinin statistik üsul və metodları öyrəniləcəkdir.
Tədris metodları
- mühazirə
- problem-based learning
- layihə əsaslı öyrənmə
- təqdimatlar
- case study
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kütləvi hadisələr haqqında məlumatları toplayıb, sistemləşdirib və təhlil etməklə, ölkə iqtisadiyyatının inkişafını, əhalinin həyat səviyyəsini xarakterizə etmək, bir sözlə kütləvi hadisələrin kəmiyyət tərəflərini onun keyfiyyət tərəflərindən ayırmadan müəyyən məkan və zaman şəraitində öyrənilməsi nəticədə iqtisadiyyatda qarşılıqlı əlaqə və asılılıqların müəyyən olunmasına, onun inkişaf dinamikasının öyrənilməsinə, müqayisəliliyin təmin edilməsinə və ən nəhayət region və respublika miqyasında mühüm iqtisadi qərarların qəbul edilməsinə xidmət edir.
Mövzu planı
- 1.Statistikaya giriş. Statistikanın predmeti, əsas anlayışları və üsullarıMühazirə
Statistikanın predmeti, məsələləri və üsulları. Statistikanın yaranmasının tarixi aspektləri və digər elmlərlə qarşılıqlı əlaqəsi. Statistikanın əsas anlayışları. Təsviri və ümumiləşdirici statistika.
- 2.Verilənlərin növləri və ölçü sistemləri. Məlumat mənbələri və verilənlərin toplanması və emalıMühazirə
Məlumatların toplanması üsulları. Anakütlə və seçmə. Məlumatların növləri. Ölçü sistemləri. Məlumat mənbələri. Məlumatların toplanması və emalı məsələləri.
- 3.Məlumatların təsvir olunması. Qrafiklər, cədvəllər və diaqramlarMühazirə
Tezlik paylanması. Nisbi tezlik paylanması. Qruplaşdırma. Qruplaşmış məlumatların tezlik və nisbi tezlik paylanması. Histoqramlar. Qrafik və diaqramlar. Skatteoqram.
- 4.Orta kəmiyyətlərMühazirə
Üstlü və orta kəmiyyətlər. Anakütlə və seçmənin ədədi ortası, median və modu. Çəkili orta, persentil, kvartil və s.
- 5.Dispersiya və standart kənarlaşmaMühazirə
Variasiyanın ölçülməsi. Variasiya genişliyi. Anakütlə və seçmənin dispersiya və standart kənarlaşması. Orta və standart kənarlaşmanın birgə tətbiqi.
- 6.Ehtimalın əsas xüsusiyyətləri. Ehtimalın hesablanmasıMühazirə
Ehtimal anlayışı. Ehtimalın hesablanması düsturları
- 7.Ehtimal qaydalarıMühazirə
Ehtimal qaydaları. Müxtəlif iqtisadi proseslərdə ehtimal qaydalarının tətbiqi.
- 8.Şərti ehtimal. Bayes teoremiMühazirə
Şərti ehtimal. Bayes teoremi. İqtisadi proseslərdə Bayes teoreminin tətbiqi. Empirik hesablanması.
- 9.Ehtimal paylanmalarına girişMühazirə
Diskret və kəsilməz təsadüfi kəmiyyət. Ehtimal paylanmaları. Ehtimalın sıxlıq funksiyası anlayışı. Diskret və kəsilməz təsadüfi dəyişənin riyazi gözləmə və standart kənarlaşması.
- 10.Diskret ehtimal paylanması: Binomial ehtimal paylanmasıMühazirə
Binomial ehtimal paylanması. Ehtimalın sıxlıq funksiyası. Binomial ehtimal paylanması cədvəli.
- 11.Kəsilməz ehtimal paylanması. Normal ehtimal paylanmasıMühazirə
Kəsilməz ehtimal paylanmaları. Normal paylanma. Standart normal paylanma. Ehtimalın sıxlıq funksiyası. Standart normal paylanma cədvəli.
- 12.İndekslərMühazirə
İndeks anlayışı. İndividual və ümumi indekslər. Laspeyres, Paaşe və Fişer düsturu. Bazis və zəncirvari indekslər.
- 13.Seçmə paylanmasıMühazirə
Seçmə xətası və onun hesablanması. Riyazi gözləmənin seçmə paylanması. Mərkəzi Limit Teoremi. Ankaütlənin nisbəti üçün seçmə paylanması.
- 14.Anakütlə parametrlərinin qiymətləndirilməsiMühazirə
Nöqtə təxminetməsi, interval təxminetməsi və onlar arasındakı fərq. Ana kütlənin ədədi ortası üçün etibarlı intervalın Z və t paylanmalarının köməyi ilə qurulması. Ana kütlənin ədədi ortası üçün etibarlı interval, ana kütlənin dispersiyası məlum olduğu hal və naməlum olduğu hal. Ana kütlənin nisbəti (payı) üçün etibarlı interval (böyük ölçülü nümunələr üçün).
Ədəbiyyat
- Ədəbiyyat 1. Həsənli Y. H. Statistika Praktiki nümunələrlə. Dərs vəsaiti, BDU, Bakı, Tuna, 2014, 564s. 2. Groebner D. F., Shannon P. W., Fry Ph. C., Smith K. D. Business statistics. A decision-Making Approach. 8th Edition, Prentice Hall, 2010, 940p. 3. Anderson, Sweeney, Williams. Statistics for Bisiness and Economics. Copyright, 2008. 1018 p. 4. İpek deveçi Kocakoç. Matlab ve istatiksel veri analizi. Nobel Yayim Dagitim.Türkiye, 2007. 152 səh. 5. Əliyev F. N., Mikayılov C. İ., Əliyev Y. N. Statistika. Qafqaz Universiteti 2015.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |