Fənn · İqtisadiyyat-magistratura

MakroiqtisadiyyatSillabus

MİFÜ-42916 kreditPayız semestriMəcburi2025/2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MİFÜ-4291
Kredit
6
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025/2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30 saat mühazirə
Auditoriyadan kənar saatlar
90 saat sərbəst iş, MRTSİ 60 saat

Fənn haqqında

“Makroiqtisadiyyat” fənninin hədəfi makroiqtisadi mühitdə firmalar və dövlətin fəaliyyətinin əsas prinsiplərini dərindən anlamaq, bütövlükdə makrosəviyyədə istehsal, istehlak, yığım və investisiyaların determinantları, iqtisadi artım və məhsuldarlığın təmin edilməsində fiskal və monetar siyasət alətlərinin qarşılıqlı əlaqəsi barədə nəzəri biliklərlə tələbələri tanış etməkdir.

Tədris metodları

  • mühazirə
  • case study
  • komanda işi
  • interaktiv müzakirə
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: “Makroiqtisadiyyat” fənni qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır: FTN 1. Əsas makroiqtisadi konseptlər, modellər və onların tətbiq məhdudiyyətlərini bilir; FTN 2. Müxtəlif makroiqtisadi modellərin, o cümlədən klassik, Keynsçi, real biznes tsiklləri və digər modellərinin əsas fərziyyələrini, məhdudiyyətlərini və tətbiqlərini nəzəri və emprik arqumentlərlə izah etmək; FTN 3. Fiskal və monetar siyasətlərin milli gəlir, məşğulluq, inflyasiya və iqtisadi artım üzərindəki təsirlərini müvafiq makroiqtisadi modelləri istifadə edərək təhlil etmək; FTN 4. Makroiqtisadi nəzəriyyəni real dünyadakı vəziyyətlərə tətbiq etmək, iqtisadi siyasət dəyişikliklərinin və ekzogen şokların təsirlərini məqsədəmüvafiq metodlarla qiymətləndirmək. FTN 5. Müxtəlif makroiqtisadi siyasət yanaşmalarının iqtisadi sabitlik və artımın əldə edilməsi baxımından güclü və zəif tərəflərini tənqid etmək. FTN 6. Makroiqtisadi siyasət problemlərinə fərqli və yenilikçi həll yolları təklif etmək. Qoyulan hədəfə - yuxarıda qeyd edilən təlim nəticələrinə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: 1. Bilik (Knowledge):  Əsas makroiqtisadi nəzəriyyə və modelləri bilir. (FTN 1)  Makroiqtisadiyyatın fundamental kateqoriyalarını bilir .(FTN 1, FTN 2) 2. Anlama (Comprehension):  Müxtəlif makroiqtisadi konsepsiya və modellərin əsasını təşkil edən prinsiplərini və onların məhdudiyyətlərini izah edir. (FTN 2, FTN 3)  Əsas makroiqtisadi dəyişənlər arasında əlaqəni təsvir edir. (FTN 2, FTN 3)  Makroiqtisadi modellərin real iqtisadiyyatda əhəmiyyətini izah edir.(FTN 2) 3. Tətbiq (Application):  Makroiqtisadi modelləri real iqtisadi hadisələrə tətbiq edir. (FTN 1, FTN 2)  Monetar və fiskal siyasətin milli gəlir, işsizlik, inflyasiya və digər indikatorlara təsirini proqnozlaşdırır. (FTN 5)  Makroiqtisadi problemlərin həllini tapır. (FTN 6) 4. Təhlil (Analysis):  Müxtəlif makroiqtisadi məktəb və cərəyanların nəzəri yanaşmaları arasında fərqləri təhlil edir. (FTN 1, FTN 2, FTN 3)  Qısamüddətli və uzunmüddətli çərçivədə monetar və fiskal siyasətin təsirlərini təhlil edir. (FTN 3)  İqtisadi siyasət lagları və qloballaşma şəraitinə makroiqtisadi modellərin məhdud tətbiqini analiz edir. (FTN 3, FTN 4) 5. Qiymətləndirmə (Evaluation):  Müdaxiləedici makroiqtisadi siyasi alətlərin tənqidi dəyərləndirilməsini edir. (FTN 4)  Makroiqtisadi datanı sintez edir və optimal makroiqtisadi siyasətə dair əsaslandırılmış arqumentlər formalaşdırır. (FTN 4, FTN 5) 6. Yaradıcı yanaşma (Creation):  Mövcud makroiqtisadi modellərə dair təkmilləşdirii təkliflər verir. (FTN 6)  Alternativ makroiqtisadi siyasət alətləri və modelləri təklif edir. (FTN 6)

Mövzu planı

  1. 1.
    Makroiqtisadiyyata giriş: əsas nəzəri çərçivələr, müasir məktəblər, tədqiqat metodları, məhdudiyyətlər. (FTN 1, FTN 2) Mühazirə

    Makroiqtisadiyyata giriş: əsas nəzəri çərçivələr, müasir məktəblər, tədqiqat metodları, məhdudiyyətlər. (FTN 1, FTN 2)

  2. 2.
    İstehlak və investisiyalar: Rikkardo tarazlığı. (FTN 1, FTN 3) Keynsçi və neo-keynsçi yanaşma kontekstində makroiqtisadi funksiyalar, xüsusi və dövlət sektoru, investisiyalar, Tobin q-modeli.Mühazirə

    İstehlak və investisiyalar: Rikkardo tarazlığı. (FTN 1, FTN 3) Keynsçi və neo-keynsçi yanaşma kontekstində makroiqtisadi funksiyalar, xüsusi və dövlət sektoru, investisiyalar, Tobin q-modeli.

  3. 3.
    Qısamüddətli dövrdə əmtəə bazarında tazrazlıq (FTN 3, FTN 4). Qapalı iqtisadiyyatda Keyns xaçı, muxtar məcmu xərclər, dövlət xərcləri və investisiya multiplikatorlarıMühazirə

    Qısamüddətli dövrdə əmtəə bazarında tazrazlıq (FTN 3, FTN 4). Qapalı iqtisadiyyatda Keyns xaçı, muxtar məcmu xərclər, dövlət xərcləri və investisiya multiplikatorları

  4. 4.
    IS əyrisi. (FTN 2, FTN , FTN 4) Fiskal və yenidən bölgü siyasəti, investisiya funksiyasının faiz dərəcəsi elastikliyiMühazirə

    IS əyrisi. (FTN 2, FTN , FTN 4) Fiskal və yenidən bölgü siyasəti, investisiya funksiyasının faiz dərəcəsi elastikliyi

  5. 5.
    MP əyrisi. (FTN 2, FTN 3, FTN 4) Pul bazarında tarazlıq, pul aqreqatları,pula tələb, likvidlik tələsi IS-LM modeli (FTN 3, FTN 4, FTN 5) Makroiqtisadi kontexstdə ümumi tarazlıq, fiskal və monetar siyasət Mühazirə

    MP əyrisi. (FTN 2, FTN 3, FTN 4) Pul bazarında tarazlıq, pul aqreqatları,pula tələb, likvidlik tələsi IS-LM modeli (FTN 3, FTN 4, FTN 5) Makroiqtisadi kontexstdə ümumi tarazlıq, fiskal və monetar siyasət

  6. 6.
    AD-AS modeli (FTN 3, FTN 4, FTN 5) Uzunmüddətli və ortamüddətli dövrdə fiskal və monetar siyasət alətlərinin tətbiqiMühazirə

    AD-AS modeli (FTN 3, FTN 4, FTN 5) Uzunmüddətli və ortamüddətli dövrdə fiskal və monetar siyasət alətlərinin tətbiqi

  7. 7.
    Açıq iqtisadiyyat (FTN 3, FTN 4, FTN 5) Ticarət balansı, J-əyrisi, Marshall–Lerner şərti, Mandell-Fleming modeli, üzən və sabit valyuta məzənnə rejimlərində fiscal və monetary siyasətMühazirə

    Açıq iqtisadiyyat (FTN 3, FTN 4, FTN 5) Ticarət balansı, J-əyrisi, Marshall–Lerner şərti, Mandell-Fleming modeli, üzən və sabit valyuta məzənnə rejimlərində fiscal və monetary siyasət

  8. 8.
    İşsizlik (FTN 3, FTN 4) Əmək bazarı, səmərəli əmək haqqı nəzəriyyəsi, WS-PS modeli, HysteresisMühazirə

    İşsizlik (FTN 3, FTN 4) Əmək bazarı, səmərəli əmək haqqı nəzəriyyəsi, WS-PS modeli, Hysteresis

  9. 9.
    İnflyasiya (FTN 3, FTN 4) Pul nəzəriyyələri, Baumol-Tobin modeli, Phillips əyrisi, Okun qanunu, biznes tsiklllərinin meydana çıxmasıMühazirə

    İnflyasiya (FTN 3, FTN 4) Pul nəzəriyyələri, Baumol-Tobin modeli, Phillips əyrisi, Okun qanunu, biznes tsiklllərinin meydana çıxması

  10. 10.
    İqtisadi artım (FTN 3, FTN 4, FTN 5) Determinantları, yeni və ən müasir konsepsiyalar, Solow modeli, kapital yığımının qızıl qaydasıMühazirə

    İqtisadi artım (FTN 3, FTN 4, FTN 5) Determinantları, yeni və ən müasir konsepsiyalar, Solow modeli, kapital yığımının qızıl qaydası

  11. 11.
    Empirik tətbiq (FTN 5, FTN 6) Makroiqtisadi nəzəriyyələrin real iqtisadi göstəricilər vasitəsilə yoxlanılması.Mühazirə

    Empirik tətbiq (FTN 5, FTN 6) Makroiqtisadi nəzəriyyələrin real iqtisadi göstəricilər vasitəsilə yoxlanılması.

Ədəbiyyat

  1. Əsas ədəbiyyat mənbələri: 1. Advanced Macroeconomics. An Easy Guide. Campante, Filipe Sturzenegger, Federico Velasco, Andres. LSE Press. London, 2021, p. 420 https://library.oapen.org/viewer/web/viewer.html?file=/bitstream/handle/20.500.12657/51426/advanced-macroeconomics_2023CORRECTONS.pdf?sequence=14&isAllowed=y 2. Advanced Macroeconomics. Klaus Walde (lecture) and Hoang Khieu (tutorial). 2020/2021 winter term. p. 373 https://www.macro.economics.uni-mainz.de/files/2020/10/MIEPP_advanced_macro_2020_21.pdf 3. Makroiqtisadiyyatın əsasları. 12-ci nəşr. İSBN 0134078810 / Keys Karl E., Feyr Ray C., Oster Şaron E. / Pearson Education Inc 2017. 4. The Methodology of Empirical Macroeconomics. Kevin D. Hoover. Cambridge University Press 2004 https://slims.ikippgribojonegoro.ac.id/repository/The_Methodology_of_Empirical_Macroeconomics.pdf Metodik materillar: 1. Məruzəçi müəllimlər tərəfindən hazırlanmış oxu və təqdimat materialları 2. Azərbaycan Texniki Universiteti, Yüksək Təhsil İnstitutu, “Magistr dissertasiyalarının yazılması qaydaları” təlimat sənədi, 2025 3. AzTU-da magistrın fərdi iş planı. Kompyuter proqramları və (və ya) tətbiqlər: 4. MS Excel - məlumatların (verilənlərin) ilkin işlənilməsi və qrafik təsviri 5. NVivo - keyfiyyət metodları üzrə (interyu, sorğu) analizi 6. Python (Spyder, Jupyter Noteebook) - tədqiqatın təhlil və modelləşdirilməsi 7. SPSS - statistik təhlillər üçün 8. MS Excel - iqtisadi və ekonometriya yönümlü təhlillər üçün Əlavə elektron resurslar: 9. Coursera – “Research Methods”, “Quantitative Methods”, “Scientific Thinking” kursları. 10. Udemy – “Research Methodology”, “Applied Research” mövzuları üzrə praktiki kurslar. 11. edX – Harvard, MIT, Oxford kimi universitetlərin elmi tədqiqat kursları. 12. Google Scholar – https://scholar.google.com – beynəlxalq elmi məqalələr bazası. 13. ResearchGate – https://www.researchgate.net – açıq elmi məqalələr və tədqiqat şəbəkəsi. 14. UNESCO Digital Library – elmi metodologiya və tədqiqat siyasəti ilə bağlı resurslar.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5