Fənn · İqtisadiyyat-magistratura

Makroiqtisadiyyat

MİFÜ-42916 kreditPayız semestriMəcburi2025/2026

Fənn haqqında

Kredit

6

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

2025/2026

Fənnin təsviri

“Makroiqtisadiyyat” fənninin hədəfi makroiqtisadi mühitdə firmalar və dövlətin fəaliyyətinin əsas prinsiplərini dərindən anlamaq, bütövlükdə makrosəviyyədə istehsal, istehlak, yığım və investisiyaların determinantları, iqtisadi artım və məhsuldarlığın təmin edilməsində fiskal və monetar siyasət alətlərinin qarşılıqlı əlaqəsi barədə nəzəri biliklərlə tələbələri tanış etməkdir.

Fənn təlim nəticələri

  1. CLO 1: “Makroiqtisadiyyat” fənni qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır: FTN 1. Əsas makroiqtisadi konseptlər, modellər və onların tətbiq məhdudiyyətlərini bilir; FTN 2. Müxtəlif makroiqtisadi modellərin, o cümlədən klassik, Keynsçi, real biznes tsiklləri və digər modellərinin əsas fərziyyələrini, məhdudiyyətlərini və tətbiqlərini nəzəri və emprik arqumentlərlə izah etmək; FTN 3. Fiskal və monetar siyasətlərin milli gəlir, məşğulluq, inflyasiya və iqtisadi artım üzərindəki təsirlərini müvafiq makroiqtisadi modelləri istifadə edərək təhlil etmək; FTN 4. Makroiqtisadi nəzəriyyəni real dünyadakı vəziyyətlərə tətbiq etmək, iqtisadi siyasət dəyişikliklərinin və ekzogen şokların təsirlərini məqsədəmüvafiq metodlarla qiymətləndirmək. FTN 5. Müxtəlif makroiqtisadi siyasət yanaşmalarının iqtisadi sabitlik və artımın əldə edilməsi baxımından güclü və zəif tərəflərini tənqid etmək. FTN 6. Makroiqtisadi siyasət problemlərinə fərqli və yenilikçi həll yolları təklif etmək. Qoyulan hədəfə - yuxarıda qeyd edilən təlim nəticələrinə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: 1. Bilik (Knowledge):  Əsas makroiqtisadi nəzəriyyə və modelləri bilir. (FTN 1)  Makroiqtisadiyyatın fundamental kateqoriyalarını bilir .(FTN 1, FTN 2) 2. Anlama (Comprehension):  Müxtəlif makroiqtisadi konsepsiya və modellərin əsasını təşkil edən prinsiplərini və onların məhdudiyyətlərini izah edir. (FTN 2, FTN 3)  Əsas makroiqtisadi dəyişənlər arasında əlaqəni təsvir edir. (FTN 2, FTN 3)  Makroiqtisadi modellərin real iqtisadiyyatda əhəmiyyətini izah edir.(FTN 2) 3. Tətbiq (Application):  Makroiqtisadi modelləri real iqtisadi hadisələrə tətbiq edir. (FTN 1, FTN 2)  Monetar və fiskal siyasətin milli gəlir, işsizlik, inflyasiya və digər indikatorlara təsirini proqnozlaşdırır. (FTN 5)  Makroiqtisadi problemlərin həllini tapır. (FTN 6) 4. Təhlil (Analysis):  Müxtəlif makroiqtisadi məktəb və cərəyanların nəzəri yanaşmaları arasında fərqləri təhlil edir. (FTN 1, FTN 2, FTN 3)  Qısamüddətli və uzunmüddətli çərçivədə monetar və fiskal siyasətin təsirlərini təhlil edir. (FTN 3)  İqtisadi siyasət lagları və qloballaşma şəraitinə makroiqtisadi modellərin məhdud tətbiqini analiz edir. (FTN 3, FTN 4) 5. Qiymətləndirmə (Evaluation):  Müdaxiləedici makroiqtisadi siyasi alətlərin tənqidi dəyərləndirilməsini edir. (FTN 4)  Makroiqtisadi datanı sintez edir və optimal makroiqtisadi siyasətə dair əsaslandırılmış arqumentlər formalaşdırır. (FTN 4, FTN 5) 6. Yaradıcı yanaşma (Creation):  Mövcud makroiqtisadi modellərə dair təkmilləşdirii təkliflər verir. (FTN 6)  Alternativ makroiqtisadi siyasət alətləri və modelləri təklif edir. (FTN 6)