Fənn · Biznesin idarə edilməsi

Qərar qəbuletmə sistemləriSillabus

MS-20476 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2047
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə idarəetmə səviyyəsində mürəkkəb, yarım-strukturlaşdırılmış və strukturlaşdırılmamış biznes problemlərinin həlli üçün Qərar Qəbuletmə Sistemlərinin (DSS — Decision Support Systems) layihələndirilməsi, tətbiqi və istifadəsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində qərarqəbuletmə nəzəriyyəsi, data, model və bilik əsaslı DSS arxitekturaları, Ekspert Sistemləri (Expert Systems) və Biznes İntellekti (BI) platformalarının konseptual əsasları tədris olunur. Tələbələr analitik modellərin, ssenari təhlillərinin ("What-If" analizi, Goal Seek), çoxmeyarlı qərarqəbuletmə metodlarının (MCDA/AHP) və rəqəmsal daşbordların qərarqəbuletmə prosesinə inteqrasiyasını mənimsəyəcəklər. Fənn tələbələrdə idarəetmə risklərini azaltmaq, strateji və əməliyyat qərarlarının dəqiqliyini yüksəltmək və müəssisələrdə kompyuterləşdirilmiş qərar dəstək sistemlərini effektiv tətbiq etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Qərar Qəbuletmə Sistemlərinin (DSS - Decision Support Systems) arxitekturasını, komponentlərini və müəssisələrin idarəetmə strukturundakı rolunu təhlil edir.

  2. CLO 2: Qeyri-müəyyənlik və risk şəraitində optimal idarəetmə qərarlarının verilməsi üçün Çoxmeyarlı Qərarqəbuletmə (MCDM: AHP, TOPSIS) metodlarını tətbiq edir.

  3. CLO 3: Biznes zəkası (Business Intelligence) və data analitikası alətlərini idarəetmə panellərinə inteqrasiya edərək avtomatlaşdırılmış karar dəstək modelləri layihələndirir.

  4. CLO 4: Mürəkkəb biznes ssenarilərini qiymətləndirmək üçün "Bəs əgər" (What-If), həssaslıq və simulyasiya analizlərini həyata keçirir.

  5. CLO 5: Qərar qəbuletmə sistemlərində verilənlərin etibarlılığını, alqoritmik dürüstlüyü və mənfəət-xərc səmərəliliyini dəyərləndirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5