Fənn · Biznesin idarə edilməsi

Rəqəmsal və kiber təhlükəzilikSillabus

MS-20326 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2032
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə rəqəmsal mühitdə məlumatların korporativ və fərdi səviyyədə qorunması, kibertəhdidlərin müəyyən edilməsi və təşkilati rəqəmsal aktivlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində kibertəhlükəsizliyin əsas prinsipləri (Məxfilik, Bütövlük, Əlçatanlıq — CIA triad), rəqəmsal şəbəkə təhlükəsizliyi, zərərli proqram təminatları (malware), sosial mühəndislik hücumları və kriptoqrafiyanın əsasları tədris olunur. Tələbələr kiberrisklərin qiymətləndirilməsi, insidentlərə reaksiyagəlmə planlarının (Incident Response) hazırlanması, məlumatların sızmasının önlənməsi (DLP), ISO/IEC 27001 kimi beynəlxalq informasiya təhlükəsizliyi standartları və bulud texnologiyalarının təhlükəsizliyi mexanizmlərini mənimsəyəcəklər. Fənn tələbələrdə rəqəmsal transformasiya şəraitində kiberhücumların biznesə vurduğu zərərləri minimuma endirmək və informasiya təhlükəsizliyi strategiyalarını effektiv idarə etmək bacarıqlarını formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • təqdimatlar
  • komanda işi
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Təşkilatların rəqəmsal infrastrukturlarında kiber təhlükəsizlik risklərini, zəiflikləri və təhdid vektorlarını (phishing, ransomware, DDoS və s.) eyniləşdirir.

  2. CLO 2: Korporativ məlumatların mühafizəsi üçün kriptoqrafik protokolları, giriş kənarlaşdırma mexanizmlərini (IAM) və Sıfır Etibar (Zero Trust) arxitekturasını tətbiq edir.

  3. CLO 3: Kiber insidentlərin idarə olunması, insidentlərə cavab (Incident Response) və rəqəmsal məhkəmə ekspertizası (Digital Forensics) prosedurlarını layihələndirir.

  4. CLO 4: Beynəlxalq kiber təhlükəsizlik standartlarının (ISO/IEC 27001, NIST) və məlumat privacy tənzimləmələrinin (GDPR və s.) tələblərinə uyğunluq auditini həyata keçirir.

  5. CLO 5: Təşkilat səviyyəsində kiber gigiyenanı, daxili təhlükəsizlik siyasətlərini və biznesin davamlılığı planlarını (BCP) formalaşdırır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5