Fənn · Biznesin idarə edilməsi
Rəqəmsal və kiber təhlükəzilik
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə rəqəmsal mühitdə məlumatların korporativ və fərdi səviyyədə qorunması, kibertəhdidlərin müəyyən edilməsi və təşkilati rəqəmsal aktivlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində kibertəhlükəsizliyin əsas prinsipləri (Məxfilik, Bütövlük, Əlçatanlıq — CIA triad), rəqəmsal şəbəkə təhlükəsizliyi, zərərli proqram təminatları (malware), sosial mühəndislik hücumları və kriptoqrafiyanın əsasları tədris olunur. Tələbələr kiberrisklərin qiymətləndirilməsi, insidentlərə reaksiyagəlmə planlarının (Incident Response) hazırlanması, məlumatların sızmasının önlənməsi (DLP), ISO/IEC 27001 kimi beynəlxalq informasiya təhlükəsizliyi standartları və bulud texnologiyalarının təhlükəsizliyi mexanizmlərini mənimsəyəcəklər. Fənn tələbələrdə rəqəmsal transformasiya şəraitində kiberhücumların biznesə vurduğu zərərləri minimuma endirmək və informasiya təhlükəsizliyi strategiyalarını effektiv idarə etmək bacarıqlarını formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Təşkilatların rəqəmsal infrastrukturlarında kiber təhlükəsizlik risklərini, zəiflikləri və təhdid vektorlarını (phishing, ransomware, DDoS və s.) eyniləşdirir.
CLO 2: Korporativ məlumatların mühafizəsi üçün kriptoqrafik protokolları, giriş kənarlaşdırma mexanizmlərini (IAM) və Sıfır Etibar (Zero Trust) arxitekturasını tətbiq edir.
CLO 3: Kiber insidentlərin idarə olunması, insidentlərə cavab (Incident Response) və rəqəmsal məhkəmə ekspertizası (Digital Forensics) prosedurlarını layihələndirir.
CLO 4: Beynəlxalq kiber təhlükəsizlik standartlarının (ISO/IEC 27001, NIST) və məlumat privacy tənzimləmələrinin (GDPR və s.) tələblərinə uyğunluq auditini həyata keçirir.
CLO 5: Təşkilat səviyyəsində kiber gigiyenanı, daxili təhlükəsizlik siyasətlərini və biznesin davamlılığı planlarını (BCP) formalaşdırır.