Fənn · Biznesin idarə edilməsi

Korporativ satış strategiyalarıSillabus

MS-20316 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2031
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə B2B (biznesdən biznesə) sektorunda irihəcmli və kompleks satış proseslərinin planlaşdırılması, idarə olunması və rəqabətədavamlı korporativ satış strategiyalarının işlənilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdır. Kurs çərçivəsində korporativ müştərilərin ehtiyaclarının təhlili, strateji hesabların idarə edilməsi (Key Account Management), dəyər təklifinin (Value Proposition) hazırlanması və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulması prinsipləri tədris olunur. Tələbələr kompleks B2B satış qıfının (Sales Pipeline) idarə olunması, qərarqəbuletmə heyəti (Decision Making Unit) ilə işləmə metodları, kommersiya danışıqlarının aparılması, müqavilə şərtlərinin razılaşdırılması və rəqəmsal B2B satış alətlərinin tətbiqini mənimsəyəcəklər. Fənn real korporativ biznes keysləri vasitəsilə tələbələrdə satış komandalarının təşkili, gəlir proqnozlaşdırılması və iri həcmli sövdələşmələrin bağlanması üzrə strateji vərdişləri formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • problem-based learning
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Korporativ (B2B) satış prosesinin xüsusiyyətlərini təhlil edərək mürəkkəb satınalma komitələri və uzadılmış satış dövrü (sales cycle) üçün strategiyalar hazırlayır.

  2. CLO 2: Məqsədli korporativ hesabların müəyyən edilməsi və idarə olunması üçün Hesab Yönümlü Marketinq və Satış (Account-Based Marketing/Selling - ABM) modelini tətbiq edir.

  3. CLO 3: Korporativ müştərilərin biznes ehtiyaclarını diaqnostika edərək dəyərə əsaslanan satış (Value-Based Selling) və həll yönümlü satış (Consultative Selling) taktikalarını həyata keçirir.

  4. CLO 4: Mürəkkəb kommersiya danışıqlarını tənzimləyir, qiymət təkliflərini (RFP/RFQ) və müqavilə şərtlərini kommersiya riskləri nəzərə alınmaqla hazırlayır.

  5. CLO 5: Satış qıfının (pipeline) effektivliyini ölçmək üçün korporativ satış metrikalarını (LTV, CAC, Win Rate, Sales Velocity) analiz edir və proqnozlaşdırma aparır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5