Fənn · Biznesin idarə edilməsi

Bərpa olunan enerji biznesiSillabus

MS-19606 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1960
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə bərpa olunan enerji (günəş, külək, hidro, bioenerji, geotermal və s.) sektorunda rəqabətədavamlı biznes modellərinin qurulması, investisiya layihələrinin qiymətləndirilməsi və yaşıl enerji bazarlarında strateji idarəetmə bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində bərpa olunan enerji texnologiyalarının kommersiyalaşdırılması, yaşıl tariflər (Feed-in Tariffs), PPA (Power Purchase Agreement — Elektrik Enerjisi Satınalma Müqavilələri) mexanizmləri və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi (green bonds, vençur kapitalı) tədris olunur. Tələbələr bərpa olunan enerji biznesində xərclərin strukturu (LCOE — Levelized Cost of Electricity), tənzimləyici və hüquqi çərçivələr, bərpa olunan enerji mənbələrinin mərkəzləşdirilmiş elektrik şəbəkələrinə inteqrasiyası riskləri, enerji saxlanması biznes modelləri və dekarbonizasiya bazarlarında karbon kreditlərinin ticarətini mənimsəyəcəklər. Fənn tələbələrdə qlobal enerji keçidi şəraitində yaşıl enerji startapları və korporativ proyektlər işləyib hazırlamaq, bazar fürsətlərini dəyərləndirmək və davamlı biznes strategiyaları qurmaq vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • case study

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Bərpa olunan enerji (günəş, külək, hidro, hidrogen) sektorunun bazar dinamikasını, qiymətəmələgəlmə və dəyər zəncirini təhlil edir.

  2. CLO 2: Bərpa olunan enerji proyektləri üçün biznes modellərini (PPA – Power Purchase Agreements, BOT, IPP) və dövlət dəstək mexanizmlərini (Tarif subsidiyaları, Yaşıl sertifikatlar) qiymətləndirir.

  3. CLO 3: Yaşıl enerji layihələrinin kapilal strukturlarını, investisiya cəlbediciliyini və layihə maliyyələşməsi (Project Finance) imkanlarını analiz edir.

  4. CLO 4: Bərpa olunan enerji inteqrasiyasında şəbəkə dəyişkənliyi, enerji saxlanması (Storage) və bazar risklərini idarə edir.

  5. CLO 5: De-karbonizasiya trendləri və ESG çərçivəsində bərpa olunan enerji şirkətlərinin beynəlxalq bazarlara çıxış strategiyalarını tərtib edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5