Fənn · Biznesin idarə edilməsi
Bərpa olunan enerji biznesi
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə bərpa olunan enerji (günəş, külək, hidro, bioenerji, geotermal və s.) sektorunda rəqabətədavamlı biznes modellərinin qurulması, investisiya layihələrinin qiymətləndirilməsi və yaşıl enerji bazarlarında strateji idarəetmə bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində bərpa olunan enerji texnologiyalarının kommersiyalaşdırılması, yaşıl tariflər (Feed-in Tariffs), PPA (Power Purchase Agreement — Elektrik Enerjisi Satınalma Müqavilələri) mexanizmləri və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi (green bonds, vençur kapitalı) tədris olunur. Tələbələr bərpa olunan enerji biznesində xərclərin strukturu (LCOE — Levelized Cost of Electricity), tənzimləyici və hüquqi çərçivələr, bərpa olunan enerji mənbələrinin mərkəzləşdirilmiş elektrik şəbəkələrinə inteqrasiyası riskləri, enerji saxlanması biznes modelləri və dekarbonizasiya bazarlarında karbon kreditlərinin ticarətini mənimsəyəcəklər. Fənn tələbələrdə qlobal enerji keçidi şəraitində yaşıl enerji startapları və korporativ proyektlər işləyib hazırlamaq, bazar fürsətlərini dəyərləndirmək və davamlı biznes strategiyaları qurmaq vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Bərpa olunan enerji (günəş, külək, hidro, hidrogen) sektorunun bazar dinamikasını, qiymətəmələgəlmə və dəyər zəncirini təhlil edir.
CLO 2: Bərpa olunan enerji proyektləri üçün biznes modellərini (PPA – Power Purchase Agreements, BOT, IPP) və dövlət dəstək mexanizmlərini (Tarif subsidiyaları, Yaşıl sertifikatlar) qiymətləndirir.
CLO 3: Yaşıl enerji layihələrinin kapilal strukturlarını, investisiya cəlbediciliyini və layihə maliyyələşməsi (Project Finance) imkanlarını analiz edir.
CLO 4: Bərpa olunan enerji inteqrasiyasında şəbəkə dəyişkənliyi, enerji saxlanması (Storage) və bazar risklərini idarə edir.
CLO 5: De-karbonizasiya trendləri və ESG çərçivəsində bərpa olunan enerji şirkətlərinin beynəlxalq bazarlara çıxış strategiyalarını tərtib edir.