Fənn · Biznesin idarə edilməsi

Elektron ticarət strategiyalarıSillabus

MS-19566 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1956
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə elektron ticarət (E-commerce) sahəsində rəqabətədavamlı biznes modellərinin qurulması, rəqəmsal satış kanallarının effektiv idarə edilməsi və uzunmüddətli strategiyaların işlənilməsi üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində B2B, B2C, D2C və Marketplace daxil olmaqla e-ticarət modelləri, rəqəmsal bazarın analizi, e-ticarətdə qiymətləndirmə strategiyaları və müştəri qazanma yolları tədris olunur. Tələbələr rəqəmsal satış qıfının (Sales Funnel) optimallaşdırılması, dönüşüm faizinin yüksəldilməsi (CRO), konversiya strategiyaları, ödəniş sistemlərinin inteqrasiyası, e-ticarət logistikası və rəqəmsal müştəri loyallığının idarə olunmasını mənimsəyəcəklər. Fənn real biznes keysləri vasitəsilə tələbələrdə elektron ticarət platformalarının performansını təhlil etmək və sürətlə dəyişən rəqəmsal mühitdə data əsaslı strateji qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • interaktiv müzakirə
  • mühazirə
  • case study
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: E-ticarət ekosistemini, platforma memarlığını (Shopify, WooCommerce, xüsusi e-ticarət sistemləri) və biznes modellərini (B2C, B2B, C2C, D2C) müqayisəli təhlil edir.

  2. CLO 2: Elektron ticarət platformasının logistika, anbar idarəetməsi, fulfillment və ödəniş шlyuzları inteqrasiyasını əks etdirən əməliyyat strategiyası hazırlayır.

  3. CLO 3: E-ticarətdə trafik cəlb edilməsi, konversiya dərəcəsinin optimallaşdırılması (CRO) və ortalama sifariş dəyərinin (AOV) artırılması üçün satış qıfı (sales funnel) layihələndirir.

  4. CLO 4: Yanğın və partlayış hadisələri zamanı fövqəladə hallarda təhlükəsiz davranış qaydalarını və ilkin müdaxilə tədbirlərini tətbiq edir.

  5. CLO 5: E-ticarət fəaliyyətinin maliyyə və əməliyyat effektivliyini göstərən metrikalar (ROAS, Conversion Rate, Cart Abandonment Rate) əsasında strateji yol xəritəsi tərtib edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5