Fənn · Biznesin idarə edilməsi
Elektron ticarət strategiyaları
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə elektron ticarət (E-commerce) sahəsində rəqabətədavamlı biznes modellərinin qurulması, rəqəmsal satış kanallarının effektiv idarə edilməsi və uzunmüddətli strategiyaların işlənilməsi üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində B2B, B2C, D2C və Marketplace daxil olmaqla e-ticarət modelləri, rəqəmsal bazarın analizi, e-ticarətdə qiymətləndirmə strategiyaları və müştəri qazanma yolları tədris olunur. Tələbələr rəqəmsal satış qıfının (Sales Funnel) optimallaşdırılması, dönüşüm faizinin yüksəldilməsi (CRO), konversiya strategiyaları, ödəniş sistemlərinin inteqrasiyası, e-ticarət logistikası və rəqəmsal müştəri loyallığının idarə olunmasını mənimsəyəcəklər. Fənn real biznes keysləri vasitəsilə tələbələrdə elektron ticarət platformalarının performansını təhlil etmək və sürətlə dəyişən rəqəmsal mühitdə data əsaslı strateji qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: E-ticarət ekosistemini, platforma memarlığını (Shopify, WooCommerce, xüsusi e-ticarət sistemləri) və biznes modellərini (B2C, B2B, C2C, D2C) müqayisəli təhlil edir.
CLO 2: Elektron ticarət platformasının logistika, anbar idarəetməsi, fulfillment və ödəniş шlyuzları inteqrasiyasını əks etdirən əməliyyat strategiyası hazırlayır.
CLO 3: E-ticarətdə trafik cəlb edilməsi, konversiya dərəcəsinin optimallaşdırılması (CRO) və ortalama sifariş dəyərinin (AOV) artırılması üçün satış qıfı (sales funnel) layihələndirir.
CLO 4: Yanğın və partlayış hadisələri zamanı fövqəladə hallarda təhlükəsiz davranış qaydalarını və ilkin müdaxilə tədbirlərini tətbiq edir.
CLO 5: E-ticarət fəaliyyətinin maliyyə və əməliyyat effektivliyini göstərən metrikalar (ROAS, Conversion Rate, Cart Abandonment Rate) əsasında strateji yol xəritəsi tərtib edir.