Fənn · Biznesin idarə edilməsi

Korporativ sosial məsuliyyət və etikaSillabus

MS-20336 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2033
Kredit
6
Tələbənin iş yükü
182
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Fənnin əsas məqsədi biznes etikası nəzəriyyələri və korporativ sosial məsuliyyət (KSM) çərçivələri üzrə hərtərəfli bilikləri təmin etmək, eləcə də tələbələrdə etik və sosial baxımdan məsuliyyətli biznes qərarları qəbul etmək bacarığını inkişaf etdirməkdir. Kurs təşkilatların etik və sosial çağırışları cavablandırmaqla yanaşı, iqtisadi sistemlər daxilində necə fəaliyyət göstərdiyini izah etməyi, KSM təsiri də daxil olmaqla maliyyə və qeyri-maliyyə fəaliyyət göstəricilərini araşdırmağı hədəfləyir. Eyni zamanda, proqram çərçivəsində etik risklər və maraqlı tərəflərlə (stakeholder) münasibətlər daxil olmaqla biznesin uğuruna və uğursuzluğuna təsir edən amillər təhlil olunur, xarici və daxili mühit amillərinin biznes davranışına və məsuliyyətinə təsiri öyrənilir; bununla da təşkilatları məsuliyyətli və davamlı şəkildə idarə etmək üçün tələbələrdə praktiki, analitik və etik mühakimə bacarıqları formalaşdırılır.

Tədris metodları

  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • mühazirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Etik çərçivələri və nəzəriyyələri tətbiq etmək: Utilitarizm, deontologiya və fəzilət etikası kimi klassik etik nəzəriyyələri müasir biznes qərarlarına və dilemma şəraitlərinə tətbiq edir.

  2. CLO 2: Biznesdə etik dilemmaları təhlil etmək: Şirkətdaxili və xarici fəaliyyətlərdə yaranan maraqlar toqquşması, korrupsiya, insayder ticarəti və məxfilik pozuntuları kimi etik problemləri müəyyən edir və həll yolları təklif edir.

  3. CLO 3: Korporativ Sosial Məsuliyyət (KSM) strategiyalarını qiymətləndirmək: Şirkətlərin iqtisadi, hüquqi, etik və diskresion (xeyriyyəçilik) məsuliyyətlərini (Kerrollun KSM piramidası əsasında) təhlil edir və dayanıqlı KSM modelləri hazırlayır.

  4. CLO 4: Maraqlı tərəflər (Stakeholder) təhlilini aparmaq: Səhmdarlar, işçilər, müştərilər, təchizatçılar, cəmiyyət və ətraf mühit daxil olmaqla bütün maraqlı tərəflərin gözləntilərini balansı saxlayaraq qiymətləndirir.

  5. CLO 5: ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) və Dayanıqlığı idarə etmək: Şirkətlərin ətraf mühitə təsirini, sosial cavabdehliyini və korporativ idarəetmə standartlarını (ESG meyarları) beynəlxalq dayanıqlılıq məqsədləri ilə uzlaşdırır.

  6. CLO 6: Korporativ Etika Məcəlləsi və Audit sistemini qurmaq: Şirkətdaxili dürüstlük mədəniyyətini formalaşdırmaq üçün Etika Məcəlləsi (Code of Conduct) tərtib edir və etik аудит mexanizmlərini layihələndirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5