Fənn · Biznesin idarə edilməsi
Korporativ sosial məsuliyyət və etika
Fənn haqqında
Kredit
6
İş yükü
182saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Fənnin əsas məqsədi biznes etikası nəzəriyyələri və korporativ sosial məsuliyyət (KSM) çərçivələri üzrə hərtərəfli bilikləri təmin etmək, eləcə də tələbələrdə etik və sosial baxımdan məsuliyyətli biznes qərarları qəbul etmək bacarığını inkişaf etdirməkdir. Kurs təşkilatların etik və sosial çağırışları cavablandırmaqla yanaşı, iqtisadi sistemlər daxilində necə fəaliyyət göstərdiyini izah etməyi, KSM təsiri də daxil olmaqla maliyyə və qeyri-maliyyə fəaliyyət göstəricilərini araşdırmağı hədəfləyir. Eyni zamanda, proqram çərçivəsində etik risklər və maraqlı tərəflərlə (stakeholder) münasibətlər daxil olmaqla biznesin uğuruna və uğursuzluğuna təsir edən amillər təhlil olunur, xarici və daxili mühit amillərinin biznes davranışına və məsuliyyətinə təsiri öyrənilir; bununla da təşkilatları məsuliyyətli və davamlı şəkildə idarə etmək üçün tələbələrdə praktiki, analitik və etik mühakimə bacarıqları formalaşdırılır.
Fənn təlim nəticələri
CLO 1: Etik çərçivələri və nəzəriyyələri tətbiq etmək: Utilitarizm, deontologiya və fəzilət etikası kimi klassik etik nəzəriyyələri müasir biznes qərarlarına və dilemma şəraitlərinə tətbiq edir.
CLO 2: Biznesdə etik dilemmaları təhlil etmək: Şirkətdaxili və xarici fəaliyyətlərdə yaranan maraqlar toqquşması, korrupsiya, insayder ticarəti və məxfilik pozuntuları kimi etik problemləri müəyyən edir və həll yolları təklif edir.
CLO 3: Korporativ Sosial Məsuliyyət (KSM) strategiyalarını qiymətləndirmək: Şirkətlərin iqtisadi, hüquqi, etik və diskresion (xeyriyyəçilik) məsuliyyətlərini (Kerrollun KSM piramidası əsasında) təhlil edir və dayanıqlı KSM modelləri hazırlayır.
CLO 4: Maraqlı tərəflər (Stakeholder) təhlilini aparmaq: Səhmdarlar, işçilər, müştərilər, təchizatçılar, cəmiyyət və ətraf mühit daxil olmaqla bütün maraqlı tərəflərin gözləntilərini balansı saxlayaraq qiymətləndirir.
CLO 5: ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) və Dayanıqlığı idarə etmək: Şirkətlərin ətraf mühitə təsirini, sosial cavabdehliyini və korporativ idarəetmə standartlarını (ESG meyarları) beynəlxalq dayanıqlılıq məqsədləri ilə uzlaşdırır.
CLO 6: Korporativ Etika Məcəlləsi və Audit sistemini qurmaq: Şirkətdaxili dürüstlük mədəniyyətini formalaşdırmaq üçün Etika Məcəlləsi (Code of Conduct) tərtib edir və etik аудит mexanizmlərini layihələndirir.