Fənn · Biznesin idarə edilməsi

Qlobal enerji bazarlarıSillabus

MS-05256 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0525
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə qlobal enerji sektorunun strukturunu, dünya enerji bazarlarının fəaliyyət prinsiplərini və enerji resurslarının (neft, təbii qaz, kömür, nüvə və bərpa olunan enerji) iqtisadi və geostrateji dinamikasını təhlil etmək üçün zəruri olan konseptual əsasları öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində qlobal enerji tələb və təklifinin formalaşması, enerjinin qiymət əmələgəlmə mexanizmləri, birja ticarəti (fiziki və törəmə bazarlar) və beynəlxalq enerji təşkilatlarının (OPEC, IEA, IRENA və s.) rolu tədris olunur. Tələbələr enerji təhlükəsizliyi, geopolitik risklərin bazarlara təsiri, enerjinin nəqli və təchizat zənciri logistikası, eləcə də qlobal enerji keçidi (Energy Transition) və dekarbonizasiya siyasətlərinin bazar mexanizmlərinə təsirini mənimsəyəcəklər. Fənn tələbələrdə dünya enerji bazarlarındakı trendləri proqnozlaşdırmaq və beynəlxalq enerji layihələri üzrə strateji təhlillər aparmaq bacarıqlarını formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • təqdimatlar
  • komanda işi
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Qlobal neft, təbii qaz, bərpa olunan enerji və elektrik enerjisi bazarlarının təklif-tələb dinamikasını və qiymətəmələgəlmə mexanizmlərini təhlil edir.

  2. CLO 2: Geopolitika, OPEC+ qərarları, beynəlxalq sazişlər və iqlim siyasətlərinin qlobal enerji ticarətinə və təchizat zəncirlərinə təsirini qiymətləndirir.

  3. CLO 3: Enerji keçidi (Energy Transition), karbon neqativliyi və yaşıl iqtisadiyyat trendlərinin ənənəvi və alternativ enerji sektorlarına inteqrasiyasını analiz edir.

  4. CLO 4: Enerji törəmə vasitələri (fyuçers, opsion, svop) və enerji ticarəti strategiyaları vasitəsilə qiymət dəyişkənliyi risklərinin hecinq edilməsini araşdırır.

  5. CLO 5: Regional və qlobal enerji layihələrinin iqtisadi səmərəliliyini, investisiya mühitini və dayanıqlılıq göstəricilərini dəyərləndirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5