Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Texniki xarici dilCLO↔PLO matrisi

IFS-2280у6 kreditPayız semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 5 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-729231. Telekommunikasiya və radiotexnika sahəsinə aid texniki terminləri və anlayışları xarici dildə izah edir. 2. Texniki mətnləri, təlimatları və elmi-texniki ədəbiyyatı oxuyur və əsas məzmununu müəyyənləşdirir. 3. Telekommunikasiya avadanlıqları və sistemləri haqqında texniki məlumatları xarici dildə təqdim edir. 4. Texniki sənədlərdə istifadə olunan terminologiya və ifadələri düzgün tətbiq edir. 5. Texniki mətnlərdən zəruri məlumatları seçir, təhlil edir və ümumiləşdirir. 6. Telekommunikasiya sahəsində xarici mütəxəssislərlə peşəkar ünsiyyət və fikir mübadiləsi aparır. 7. Texniki prosesləri, avadanlıqların iş prinsipini və əməliyyat ardıcıllığını xarici dildə təsvir edir. 8. Xarici dildə texniki hesabat, təqdimat və qısa peşəkar yazılı materiallar hazırlayır. 9. Beynəlxalq texniki standartlar, kataloqlar və istehsalçı sənədlərindən məlumat əldə edir və istifadə edir. 10. Xarici dildə əldə etdiyi texniki məlumatları telekommunikasiya və radiotexnika sahəsində peşə fəaliyyətində tətbiq edir. uyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.

    Töhfə verən: CLO 1

  4. PLO 4

    PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.

    Bu fənndən töhfə yoxdur