Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Texniki xarici dil

IFS-2280у6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

70saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

telekommunikasiya sahəsində tədrisi haqda ümumi məlumat. Telekommunikasiya sahəsində ümumi və texniki söhbətlər üçün dil bacarıqlarının artırılması. Telekommunikasiya şəbəkələri, simsiz rabitə, fiber-optik texnologiyalar və digər müasir texnologiyalar haqqında ingilis dilində məlumatın əldə edilməsi. Telekommmunikasiyada, sistemlər, şəbəkələr və rabitə kanalları haqqında məlumat.Telekommmunikasiyada informasiya, məlumat və siqnallar.

Fənn təlim nəticələri

  1. CLO 1: 1. Telekommunikasiya və radiotexnika sahəsinə aid texniki terminləri və anlayışları xarici dildə izah edir. 2. Texniki mətnləri, təlimatları və elmi-texniki ədəbiyyatı oxuyur və əsas məzmununu müəyyənləşdirir. 3. Telekommunikasiya avadanlıqları və sistemləri haqqında texniki məlumatları xarici dildə təqdim edir. 4. Texniki sənədlərdə istifadə olunan terminologiya və ifadələri düzgün tətbiq edir. 5. Texniki mətnlərdən zəruri məlumatları seçir, təhlil edir və ümumiləşdirir. 6. Telekommunikasiya sahəsində xarici mütəxəssislərlə peşəkar ünsiyyət və fikir mübadiləsi aparır. 7. Texniki prosesləri, avadanlıqların iş prinsipini və əməliyyat ardıcıllığını xarici dildə təsvir edir. 8. Xarici dildə texniki hesabat, təqdimat və qısa peşəkar yazılı materiallar hazırlayır. 9. Beynəlxalq texniki standartlar, kataloqlar və istehsalçı sənədlərindən məlumat əldə edir və istifadə edir. 10. Xarici dildə əldə etdiyi texniki məlumatları telekommunikasiya və radiotexnika sahəsində peşə fəaliyyətində tətbiq edir.