Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrik rabitə nəzəriyyəsiCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-835721. Elektrik rabitə sistemlərinin əsas anlayışlarını, quruluşunu və iş prinsiplərini izah edir. 2. Rabitə sistemlərində istifadə olunan informasiya və elektrik siqnallarının əsas parametrlərini müəyyənləşdirir. 3. Siqnalların rabitə kanallarında ötürülmə xüsusiyyətlərini və spektral tərkibini təhlil edir. 4. Analoq və rəqəmli rabitə sistemlərinin iş prinsiplərini və əsas xüsusiyyətlərini müqayisə edir. 5. Modulyasiya və demodulyasiya proseslərini izah edir və müxtəlif modulyasiya üsullarını fərqləndirir. 6. Rabitə kanallarında yaranan səs-küy, maneə, zəifləmə və təhriflərin siqnalın keyfiyyətinə təsirini qiymətləndirir. 7. Rabitə kanallarının buraxma qabiliyyətini və informasiya ötürmə sürətini hesablayır və qiymətləndirir. 8. Diskretləşdirmə, kvantlaşdırma və kodlaşdırma proseslərinin rəqəmli rabitə sistemlərində tətbiqini izah edir. 9. Rabitə sistemlərinin energetik və keyfiyyət göstəricilərini təhlil edir və qiymətləndirir. 10. Verilmiş rabitə tələblərinə uyğun siqnalın ötürülməsi, modulyasiyası və rabitə kanalının seçilməsi üzrə texniki həllər müəyyənləşdirir. | uyğundur | uyğundur | uyğundur | uyğundur | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.
Töhfə verən: CLO 1
PLO 2
PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.
Töhfə verən: CLO 1
PLO 3
PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.
Töhfə verən: CLO 1
PLO 4
PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.
Töhfə verən: CLO 1
PLO 5
PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.
Bu fənndən töhfə yoxdur