Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrik rabitə nəzəriyyəsi
Fənn haqqında
Kredit
7
İş yükü
70saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Elektrik rabitə nəzəriyyəsi” kursunun məzmunu elek¬trik ra¬bi¬tə siq¬nal¬la¬rının xa¬rak¬te¬ris¬ti¬ka-la¬rı, şəbəkənin fiziki strukturu, transmissiya sistemləri, tasiləsiz təsadqüfi proseslər və onların paylanma funksiyaları, rəqəm rabitə kanallarının parametr və xarakteristikaları, Markov təsadüfi proseslər nəzəriyyəsi, telekommunikasiya kanallarının təsnifatı, məlumatların verilişi və kodlama nəzəriyyəsi, fasiləsiz və diskret məlumatların optimal qəbulu alqoritmləri, siqnalların spektral analiz üsullarını və vasitələri, abunəçi daxilolma sistemlərinin xətti rəqəm siqnallarının modulyasiyası, rəqəm modulyasiya üsulları, optik telekommunikasiya sistemlərinin buraxma qabiliyyəti, effektivliyi və etibarlılığını təhlil etməklə müxtəlif növ telekommunikasiya sistemlərinin müasir telekommunikasiya şəbəkələrində sahəsində tətbiqini və təyinatını müəyyənləşdirməyə imkan verəcəkdir.
Fənn təlim nəticələri
CLO 1: 1. Elektrik rabitə sistemlərinin əsas anlayışlarını, quruluşunu və iş prinsiplərini izah edir. 2. Rabitə sistemlərində istifadə olunan informasiya və elektrik siqnallarının əsas parametrlərini müəyyənləşdirir. 3. Siqnalların rabitə kanallarında ötürülmə xüsusiyyətlərini və spektral tərkibini təhlil edir. 4. Analoq və rəqəmli rabitə sistemlərinin iş prinsiplərini və əsas xüsusiyyətlərini müqayisə edir. 5. Modulyasiya və demodulyasiya proseslərini izah edir və müxtəlif modulyasiya üsullarını fərqləndirir. 6. Rabitə kanallarında yaranan səs-küy, maneə, zəifləmə və təhriflərin siqnalın keyfiyyətinə təsirini qiymətləndirir. 7. Rabitə kanallarının buraxma qabiliyyətini və informasiya ötürmə sürətini hesablayır və qiymətləndirir. 8. Diskretləşdirmə, kvantlaşdırma və kodlaşdırma proseslərinin rəqəmli rabitə sistemlərində tətbiqini izah edir. 9. Rabitə sistemlərinin energetik və keyfiyyət göstəricilərini təhlil edir və qiymətləndirir. 10. Verilmiş rabitə tələblərinə uyğun siqnalın ötürülməsi, modulyasiyası və rabitə kanalının seçilməsi üzrə texniki həllər müəyyənləşdirir.