Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Elektrik ölçmələri və vasitələriSillabus

İF-2158y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2158y
Kredit
6
Tələbənin iş yükü
70
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
Auditoriyadan kənar saatlar
a) 70 saat -TSİ b) 50 saat -MRTSİ

Fənn haqqında

“Elektrik ölçmələri və vasitələri” kursunun mənimsənilməsi metrologiyanın ölçmələr haqqında bir elm kimi predmetini, ölçmə xətalarını, onların yaranma səbəblərini təhlil etməklə qiymətləndirilmək, ölçmə vasitələrinin metroloji xarakteristikalarını, radioelektron ölçmələri, cərəyan və gərginliyin ölçmə üsullarını, rəqəmli elektron voltmetrləri, ölçü generatorlarını xarakterizə edən parametrləri analiz etməklə, siqnalların tezlik-zaman və faza-zaman parametrlərinin ölçülməsi prosesini, analoq və rəqəmli modulyasiya növlərini, optik ölçmələr, optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsini, optik kabellərdə zəifləmənin ölçülməsini, siqnalların spektral analiz üsullarını, telekommunikasiya və radiotexnika sahəsində aparılan ölçmələri, standartlaşdırma və sertifikatlaşdırmanın əsaslarını, aparılan ölçmə üsullarının seçilməsini və təyinatını müəyyənləşdirməyə imkan verəcəkdir. Bu baxımdan sö¬zü¬gedən fənnin tədrisi aktualdır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Verilənlər bazalarının idearəetmə sistemlərinin əsas funksiyalarını bilir. Müasir zamanda istifadə olunan VBİS-lərdən bir neçəsi ilə işləməyi bacarır. Relyasiyalı VBİS-lərin sistem kataloqlarının necə çalışdığını, orada hansı məlumatların yerləşdiyini bilir Təhlükəsizlik və etibarlılıq üçün verilənlər bazası auditini və loqlamanı aparmağı bacarır.

Mövzu planı

  1. 1.
    Giriş. Metrologiya və ölçmələr. Ölçmə texnikası. Metrologiya ölçmələr haqqında elmdir. Ölçmələr sahəsində əsas anlayışlar və təyinlər verilir.Mühazirə

    Metrologiyanın mahiyyəti, ölçmə haqqında əsas anlayışlar və təyinlər, ölçmə texnikasının məqsədi və mühəndislik fəaliyyətində rolu izah edilir.

  2. 2.
    Ölçmə vasitələrinin təsnifatı. Ölçmə vasitələri. Ölçmə vasitələrinin təsnifatı. Etalon və nümunəvi ölçmə vasitələriMühazirə

    Ölçmə vasitələrinin əsas növləri, onların təsnifatı, etalon və nümunəvi ölçmə vasitələrinin təyinatı və metroloji əhəmiyyəti öyrənilir.

  3. 3.
    Ölçmələrin və ölçmə üsullarının təsnifatı. Ölçmələrin əsas xarakteristikaları, ölçülən fiziki kəmiyyətin zamandan asılılıq xarakterinə, ölçmə nəticələrinin əldə edilməsi üsuluna, ölçmə nəticələrinin ifadə olunma üsuluna, ölçmə nəticələrinin dəqiqliyini müəyyənləşdirən şərtlərdən asılı olaraq, ölçmələrin istifadə olunan ölçmə üsullarına görə təsnifatı və ölçmələrin əsas xarakteristikaları verilir.Mühazirə

    Ölçmələrin əsas xarakteristikaları və müxtəlif meyarlara görə təsnifatı, ölçülən fiziki kəmiyyətin zamandan asılılığı, nəticələrin əldə edilməsi və ifadə olunması üsulları öyrənilir.

  4. 4.
    Rəqəmli ölçü cihazlarında informasiyanın çevrilməsi. Analoq-rəqəm çeviriçiləri. Rəqəmli ölçü cihazıMühazirə

    Rəqəmli ölçü cihazlarında ölçmə informasiyasının çevrilmə mərhələləri, analoq-rəqəm çeviricilərinin iş prinsipi, əsas növləri və rəqəmli ölçmə sistemlərində rolu öyrənilir.

  5. 5.
    Ölçmə xətalarının təsnifatı. Ölçmə xətaları. Ölçmə xətalarının təşkiledicilərinin meydana çıxma səbəbləri. Ölçmə xətalarının təsnifatı Ölçmə xətalarının ifadə olunma üsullarına, yaranma mənbələrinə, yaranma xarakterinə təsnifatı verilir.Məşğələ

    Ölçmə xətalarının yaranma səbəbləri, təşkilediciləri, təsnifatı və mütləq, nisbi və gətirilmiş xəta kimi ifadə üsulları nəzərdən keçirilir.

  6. 6.
    Rəqəm ölçü cihazları. Ölçmə vasitələrinin xarakteristikaları, ölçmə vasitələrinin metroloji xarakteristikaları, fiziki kəmiyyətlər və onların ölçü vahidləri haqqında məlumatlar verilir.Mühazirə

    Rəqəmli ölçü cihazlarının quruluşu və iş prinsipi, ölçmə vasitələrinin əsas və metroloji xarakteristikaları, fiziki kəmiyyətlər və onların ölçü vahidləri haqqında məlumat verilir.

  7. 7.
    Ossilloqraflar. Ossilloqraflar, ossilloqrafların vəzifəsi və təsnifatı, ossilloqrafların struktur sxemi və iş prinsipi verilir.Mühazirə

    Ossilloqrafların təyinatı və təsnifatı, struktur sxemi, əsas hissələri və iş prinsipi, elektrik siqnallarının zaman oblastında müşahidəsi və parametrlərinin ölçülməsi öyrənilir.

  8. 8.
    Radioelektron ölçmələr. Cərəyan və gərginliyin əsas qiymətləri, cərəyan və gərginliyin ölçmə üsulları, rəqəmli elektron voltmetrlər, bilavasitə qiymət voltmetrlərinin və rəqəmli voltmetrlərin iş prinsipi verilir.Mühazirə

    Radioelektron dövrələrdə cərəyan və gərginliyin ölçülməsi, onların əsas və effektiv qiymətləri, elektron voltmetrlər və rəqəmli voltmetrlərin iş prinsipləri öyrənilir.

  9. 9.
    Elektrik rabitə siqnalları və modulyasiya növləriMühazirə

    Elektrik rabitə siqnallarının əsas xarakteristikaları, onların zaman və tezlik xüsusiyyətləri, amplitud, tezlik və faza modulyasiyasının prinsipləri və zaman diaqramları nəzərdən keçirilir.

  10. 10.
    Ölçü generatorları. Ölçü generatorları, generatorların təsnifatı və əsas parametrləri, sinusoidal siqnal generatorlarının xarakteristikaları, alçaq tezlikli ölçü generatorları striktir sxemi və iş prinsipi verilir.Mühazirə

    Ölçü generatorlarının təyinatı, təsnifatı və əsas parametrləri, sinusoidal siqnal generatorlarının xarakteristikaları, alçaq tezlikli generatorların struktur sxemi və iş prinsipi öyrənilir.

  11. 11.
    Optik ölçmələr. Optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsi, optik kabellərdə zəifləmənin ölçülməsi, bilavasitə ölçü üsulu və əks səpələnmə üsulu zəifləmənin ölçülməsi izah olunur.Mühazirə

    Optik-lifli rabitə xətlərində sönmə və zəifləmə hadisələri, optik kabellərdə zəifləmənin ölçülməsi, bilavasitə və əks səpələnmə üsullarının prinsipləri öyrənilir.

  12. 12.
    Siqnalların tezlik-zaman parametrlərinin ölçülməsi. Tezliyin analoq ölçü usulu, siqnalların tezlik parametrlərinin ölçülməsi üsulları və tezliyin ossilloqraf üsulu ilə ölçülməsi prosesi izah olunur.Mühazirə

    Siqnalların tezlik və zaman parametrlərinin ölçülməsi, tezliyin analoq və ossilloqraf üsulları ilə müəyyənləşdirilməsi, ölçmə prosesinin əsas mərhələləri öyrənilir.

  13. 13.
    Siqnallarının spektr analizedicilərinin təsnifatı. Siqnalların spektral analizi, siqnalların spektral analiz üsullları, paralel və ardıcıl analiz üsulları ilə siqnalların spektrel analizi verilir.Mühazirə

    Siqnalların spektral analizi, spektr analizatorlarının təyinatı və təsnifatı, paralel və ardıcıl analiz üsulları və siqnalların spektrinin müəyyənləşdirilməsi prinsipləri öyrənilir.

  14. 14.
    Siqnalların faza-zaman parametrlərinin ölçülməsi. Faza sürüşməsinin ölçülməsi üsulları, xətti və sinusoidal açılış üsullarından istifadə etməklə faza sürüşməsinin ölçülməsi izah olunur.Mühazirə

    Faza sürüşməsinin ölçülməsi üsulları, xətti və sinusoidal açılış üsulları, faza fərqinin təyin edilməsi və ölçmə nəticələrinin qiymətləndirilməsi izah edilir.

  15. 15.
    Standartlaşdırma və sertifikatlaşdırmaMühazirə

    Standartlaşdırma və sertifikatlaşdırmanın əsasları, bu sahələrdə əsas anlayışlar və prinsiplər, standartlaşdırmanın məqsədləri, sertifikatlaşdırmanın vəzifələri və növləri öyrənilir.

  16. 16.
    Ölçmə xətaları. Ölçmə xətalarının təşkiledicilərinin meydana çıxma səbəbləriMəşğələ

    “Ölçmə xətaları. Ölçmə xətalarının təşkiledicilərinin meydana çıxma səbəbləri” mövzusu ölçmə nəticələrinin həqiqi qiymətdən fərqlənməsini, ölçmə xətalarının növlərini və onların yaranmasına səbəb olan amilləri öyrənir. Mövzu çərçivəsində ölçmə xətalarının təsnifatı, onların ölçmə nəticələrinə təsiri və xətaların qiymətləndirilməsi üsulları izah edilir.

  17. 17.
    Ölçmə vasitələrinin xarakteristikaları, ölçmə vasitələrinin metroloji xarakteristikaları, fiziki kəmiyyətlər və onların ölçü vahidləri haqqında məlumatlar verilir.Məşğələ

    “Ölçmə vasitələrinin xarakteristikaları, ölçmə vasitələrinin metroloji xarakteristikaları, fiziki kəmiyyətlər və onların ölçü vahidləri” mövzusu ölçmə prosesinin əsas anlayışlarını, ölçmə vasitələrinin xüsusiyyətlərini və fiziki kəmiyyətlərin ifadə olunması prinsiplərini əhatə edir.

  18. 18.
    Cərəyan və gərginliyin əsas qiymətləri, cərəyan və gərginliyin ölçmə üsulları, rəqəmli elektron voltmetrlər, bilavasitə qiymət voltmetrlərinin və rəqəmli voltmetrlərin iş prinsipiMəşğələ

    “Cərəyan və gərginliyin əsas qiymətləri, cərəyan və gərginliyin ölçmə üsulları, rəqəmli elektron voltmetrlər, bilavasitə qiymət voltmetrlərinin və rəqəmli voltmetrlərin iş prinsipi” mövzusu elektrik dövrələrində cərəyan və gərginlik kimi əsas elektrik kəmiyyətlərinin ölçülməsi üsullarını və ölçmə vasitələrinin iş prinsiplərini əhatə edir.

  19. 19.
    Ölçü generatorları, generatorların təsnifatı və əsas parametrləri, sinusoidal siqnal generatorlarının xarakteristikaları, alçaq tezlikli ölçü generatorları striktir sxemi və iş prinsipi.Məşğələ

    “Ölçü generatorları, generatorların təsnifatı və əsas parametrləri, sinusoidal siqnal generatorlarının xarakteristikaları, alçaq tezlikli ölçü generatorlarının struktur sxemi və iş prinsipi” mövzusu elektrik və elektronika sistemlərində müxtəlif formalı və tezlikli sınaq siqnallarının yaradılması üçün istifadə olunan ölçü generatorlarının quruluşunu, iş prinsipini və əsas texniki göstəricilərini əhatə edir.

  20. 20.
    Siqnalların spektral analizi, siqnalların spektral analiz üsullları, paralel və ardıcıl analiz üsulları ilə siqnalların spektrel analizi.Məşğələ

    “Siqnalların spektral analizi, siqnalların spektral analiz üsulları, paralel və ardıcıl analiz üsulları ilə siqnalların spektral analizi” mövzusu müxtəlif siqnalların tezlik tərkibinin öyrənilməsini və onların spektral xüsusiyyətlərinin müəyyən edilməsini əhatə edir.

  21. 21.
    Ossilloqraflar, ossilloqrafların vəzifəsi və təsnifatı, ossilloqrafların struktur sxemi və iş prinsipi.Laboratoriya

    “Ossilloqraflar, ossilloqrafların vəzifəsi və təsnifatı, ossilloqrafların struktur sxemi və iş prinsipi” mövzusu elektrik siqnallarının müşahidəsi, ölçülməsi və təhlili üçün istifadə olunan ossilloqrafların quruluşunu və iş prinsipini əhatə edir. Mövzu çərçivəsində ossilloqrafların təyinatı, əsas növləri, tətbiq sahələri və ölçmə imkanları haqqında məlumat verilir.

  22. 22.
    Amplitud modulyasiyası, tezlik modulyasiyası və faza modulyasiyasının zaman diaqramlarıLaboratoriya

    “Amplitud modulyasiyası, tezlik modulyasiyası və faza modulyasiyasının zaman diaqramları” mövzusu analoq rabitə sistemlərində informasiyanın daşıyıcı siqnal üzərinə köçürülməsi prosesini və müxtəlif modulyasiya üsullarının zaman sahəsində xüsusiyyətlərini əhatə edir. Mövzu çərçivəsində amplitud modulyasiyasının (AM), tezlik modulyasiyasının (TM/FM) və faza modulyasiyasının (FM/PM) iş prinsipləri, modulyasiya olunmuş siqnalların quruluşu və zaman diaqramları izah edilir.

  23. 23.
    Faza sürüşməsinin ölçülməsi üsulları, xətti və sinusoidal açılış üsullarından istifadə etməklə faza sürüşməsinin ölçülməsiLaboratoriya

    “Faza sürüşməsinin ölçülməsi üsulları, xətti və sinusoidal açılış üsullarından istifadə etməklə faza sürüşməsinin ölçülməsi” mövzusu elektrik və elektron sistemlərində siqnallar arasındakı faza fərqinin müəyyənləşdirilməsi üsullarını əhatə edir. Mövzu çərçivəsində faza sürüşməsi anlayışı, onun yaranma səbəbləri və ölçülməsi üçün istifadə olunan əsas metodlar izah edilir.

  24. 24.
    Optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsi.Laboratoriya

    “Optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsi” mövzusu optik-lifli rabitə sistemlərində siqnal gücünün azalmasının səbəblərini, sönmə növlərini və onların ölçülməsi üsullarını əhatə edir. Mövzu çərçivəsində optik lifdə sönmənin yaranmasına səbəb olan udulma, səpilmə, lifdə əyilmələr, birləşmə və konnektor itkiləri haqqında məlumat verilir.

  25. 25.
    Optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsi, optik kabellərdə zəifləmənin ölçülməsi, bilavasitə ölçü üsulu və əks səpələnmə üsulu zəifləmənin ölçülməsiLaboratoriya

    “Optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsi, optik kabellərdə zəifləmənin ölçülməsi, bilavasitə ölçü üsulu və əks səpələnmə üsulu ilə zəifləmənin ölçülməsi” mövzusu optik-lifli rabitə sistemlərində optik siqnalın zəifləməsinin yaranma səbəblərini, onun əsas parametrlərini və ölçülmə üsullarını əhatə edir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5