Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrik ölçmələri və vasitələri
Fənn haqqında
Kredit
6
İş yükü
70saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Elektrik ölçmələri və vasitələri” kursunun mənimsənilməsi metrologiyanın ölçmələr haqqında bir elm kimi predmetini, ölçmə xətalarını, onların yaranma səbəblərini təhlil etməklə qiymətləndirilmək, ölçmə vasitələrinin metroloji xarakteristikalarını, radioelektron ölçmələri, cərəyan və gərginliyin ölçmə üsullarını, rəqəmli elektron voltmetrləri, ölçü generatorlarını xarakterizə edən parametrləri analiz etməklə, siqnalların tezlik-zaman və faza-zaman parametrlərinin ölçülməsi prosesini, analoq və rəqəmli modulyasiya növlərini, optik ölçmələr, optik-lifli rabitə xətlərində yaranan sönmələr və onların ölçülməsini, optik kabellərdə zəifləmənin ölçülməsini, siqnalların spektral analiz üsullarını, telekommunikasiya və radiotexnika sahəsində aparılan ölçmələri, standartlaşdırma və sertifikatlaşdırmanın əsaslarını, aparılan ölçmə üsullarının seçilməsini və təyinatını müəyyənləşdirməyə imkan verəcəkdir. Bu baxımdan sö¬zü¬gedən fənnin tədrisi aktualdır.
Fənn təlim nəticələri
CLO 1: Verilənlər bazalarının idearəetmə sistemlərinin əsas funksiyalarını bilir. Müasir zamanda istifadə olunan VBİS-lərdən bir neçəsi ilə işləməyi bacarır. Relyasiyalı VBİS-lərin sistem kataloqlarının necə çalışdığını, orada hansı məlumatların yerləşdiyini bilir Təhlükəsizlik və etibarlılıq üçün verilənlər bazası auditini və loqlamanı aparmağı bacarır.