Bakalavr proqramı
Radiotexnika və telekommunikasiya mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə məzunlar telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində, mobil rabitə operatorlarında, radio və televiziya yayımı müəssisələrində, elektronika və avtomatlaşdırma şirkətlərində, dövlət qurumlarında, elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində mühəndis, telekommunikasiya şəbəkələri üzrə mütəxəssis, radiofrekans (RF) mühəndisi, sistem inteqrasiyası mühəndisi, texniki dəstək mühəndisi və layihə mühəndisi kimi fəaliyyət göstərə bilərlər.
Təhsil proqramını uğurla başa vuran məzunlar radio və telekommunikasiya sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı, monitorinqi, diaqnostikası, texniki xidməti və optimallaşdırılması üzrə peşə fəaliyyətini həyata keçirmək üçün zəruri nəzəri biliklərə və praktik bacarıqlara malik olurlar. Proqram çərçivəsində əldə olunan istehsalat təcrübəsi, müasir laboratoriyalarda formalaşdırılan praktiki səriştələr və elmi-tədqiqat bacarıqları məzunlara əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi fəaliyyət göstərməyə, eyni zamanda magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirərək elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa imkan yaradır.