Bakalavr proqramı

Radiotexnika və telekommunikasiya mühəndisliyiTəlim məqsədləri

Bakalavr6006040İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiRadiotexnika və Telekommunikasiya21 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

5 PLO
  1. PLO 1PLO-43836

    PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.

  2. PLO 2PLO-48161

    PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.

  3. PLO 3PLO-60081

    PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.

  4. PLO 4PLO-43831

    PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.

  5. PLO 5PLO-72794

    PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.