Bachelor's programme

Radio engineering and telecommunication engineeringCareer paths

Bachelor's6006040Faculty of information technologies and telecommunicationsRadiotexnika və telekommunikasiya21 subjects

Graduate career paths

The fields and roles graduates of this programme go on to work in.

1 career path
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə məzunlar telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində, mobil rabitə operatorlarında, radio və televiziya yayımı müəssisələrində, elektronika və avtomatlaşdırma şirkətlərində, dövlət qurumlarında, elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində mühəndis, telekommunikasiya şəbəkələri üzrə mütəxəssis, radiofrekans (rf) mühəndisi, sistem inteqrasiyası mühəndisi, texniki dəstək mühəndisi və layihə mühəndisi kimi fəaliyyət göstərə bilərlər.

    Təhsil proqramını uğurla başa vuran məzunlar radio və telekommunikasiya sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı, monitorinqi, diaqnostikası, texniki xidməti və optimallaşdırılması üzrə peşə fəaliyyətini həyata keçirmək üçün zəruri nəzəri biliklərə və praktik bacarıqlara malik olurlar. proqram çərçivəsində əldə olunan istehsalat təcrübəsi, müasir laboratoriyalarda formalaşdırılan praktiki səriştələr və elmi-tədqiqat bacarıqları məzunlara əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi fəaliyyət göstərməyə, eyni zamanda magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirərək elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa imkan yaradır.