Ümumi məlumat
- Fənn kodu
- İF-1555y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 60 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat - Laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) TSİ: 45 saat b) MRTSİ: 45 saat
Fənn haqqında
Fənnin tədrisi «050632 – Nəqliyyat mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin: nəqliyyat mühərriklərinin quruluşunu, işçi proseslərinin nəzəri əsaslarını mənimsəmələrini; nəqliyyat mühərriklərinin dirsək-şatun mexanizminin kinematikası və dinamikası haqqında əsas anlayışları bilmələrini, mühərriklərin kinematik və dinamiki hesablarını aparmaq, kinematik və dinamik parametrlərinin diaqramlarını qurmaq bacarığına yiyələnmələrini; nəqliyyat mühərriklərinin işçi siklinin və istilik balansının hesabını aparmaq, mühərriklərin əsas ölçülərini təyin etmək, indikator diaqramını qurumağı bacarmağı; nəqliyyat mühərriklərinin effektiv parametrlərinin təyin edilməsinin metodikasını; nəqliyyat mühərriklərinin hesabatlarının nəticəsində onların layihələndirilməsi metodikalarını öyrənmələrini ehtiva edir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- layihə əsaslı öyrənmə
- komanda işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: 1. Daxili yanma mühərrikləri sikllərinin iş prinsipinin öyrənilməsi. 2. Daxili yanma mühərriklərinin işçi proseslərinin öyrənilməsi. 3. Daxili yanma mühərriklərinin çıxış parametrlərinin hesablanmasının öyrənilməsi 4. Daxili yanma mühərriklərinin istilik balansının hesablanmasının öyrənilməsi. 5. Daxili yanma mühərriklərinin əsas ölçülərinin təyininin öyrənilməsi. 6. Daxili yanma mühərriklərinin kinematik və dinamik parametrlərinin təyininin öyrənilməsi. 7. Nəqliyyat hibrid güc qurğularının quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi. 8. Nəqliyyat dartı elektrik mühərriklərinin quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi.
Mövzu planı
- 1.Nəqliyyat vasitələrində istifadə edilən istilik mühərrikləriMühazirə
Nəqliyyat mühərriklərinin inkişafı haqqında qısa tarixi məlumat. Nəqliyyat mühərriklərinin təsnifatı
- 2.Daxili yanma mühərriklərinin quruluşu və iş prinsipiMühazirə
Daxili yanma mühərriklərində ümumi anlayış və təyinatlar. Daxili yanma mühərriklərinin ümumi quruluşu
- 3.Daxili yanma mühərriklərinin quruluşu və iş prinsipiLaboratoriya
Mühərrikin sınaq qurğusunun quruluşu və təcrübələrin aparılması qaydası ilə tanışlıq, təhlükəsizlik texnikası qaydaları
- 4.Daxili yanma mühərriklərinin ideal və nəzəri siklləriMühazirə
İdeal sikllər. Qarışıq sikl. Sabit həcmdə istilik verilən sikl. Sabit təzyiqdə istilik verilən sikl. İdeal sikllərin müqayisəsi. Nəzəri sikllər
- 5.Daxili yanma mühərriklərinin ideal və nəzəri siklləriMəşğələ
İdeal sikllər. Qarışıq sikl. Sabit həcmdə istilik verilən sikl. Sabit təzyiqdə istilik verilən sikl
- 6.Daxili yanma mühərriklərinin həqiqi sikllər. İkitaktlı və dördtaktlı daxili yanma mühərrikləriMühazirə
İkitaktlı qığılcımla alışdırmalı mühərriklərin indikator diaqramı və iş prinsipi. İkitaktlı dizel mühərriklərinin indikator diaqramı və iş prinsipi. Dördtaktlı qığılcımla alışdırmalı mühərrikin indikator diaqramı və iş prinsipi. Dördtaktlı adi dizel mühərrikinin indikator diaqramı və iş prinsipi. Dördtaktlı üstəlik üfürməli dizel mühərrikinin indikator diaqramı və iş prinsipi
- 7.Daxili yanma mühərriklərinin həqiqi sikllər. İkitaktlı və dördtaktlı daxili yanma mühərrikləriMəşğələ
Dördtaktlı qığılcımla alışdırmalı mühərrikin indikator diaqramı və iş prinsipi. Dördtaktlı adi dizel mühərrikinin indikator diaqramı və iş prinsipi. Dördtaktlı üstəlik üfürməli dizel mühərrikinin indikator diaqramı və iş prinsipi
- 8.Yanıcı və işçi qarışıqlarMühazirə
Hava artıqlıq əmsalı, yanıcı və işçi qarışıqların parametrləri yanma məhsulları. Yanıcı və işçi qarışıqların molekulyar dəyişmə əmsalları. Yanıcı və işçi qarışıqların yanma istilikləri. Yanıcı qarışığın və yanma məhsullarının istilik tutumu
- 9.Yanıcı və işçi qarışıqlarLaboratoriya
Hava artıqlıq əmsalı, yanıcı və işçi qarışıqların parametrləri, yanma məhsulları
- 10.Sorma (doldurma) prosesiMühazirə
Sorma (doldurma) prosesinin hesabı. Ətraf mühitin təzyiq və temperaturu. Qalıq qazların təzyiq və temperaturu. Sorma (doldurma) prosesinin sonundakı təzyiq. Qalıq qazlar əmsalı. Sorma (doldurma) prosesinin sonundakı temperatur
- 11.Sıxma prosesiMühazirə
Sıxma prosesinin gedişi və politrop göstəricisi. Sıxma dərəcəsinin seçilməsi. Sıxma prosesinin sonunda təzyiq və temperatur
- 12.Sıxma prosesiLaboratoriya
Sıxma dərəcəsinin seçilməsi. Sıxma prosesinin sonunda təzyiq və temperatur
- 13.Sıxma prosesiLaboratoriya
Sıxma dərəcəsinin seçilməsi. Sıxma prosesinin sonunda təzyiq və temperatur
- 14.Yanma prosesi. Yanma prosesinin açıq indikator diaqramı üzrə təhliliMəşğələ
Qığılcımla alışdırmalı mühərriklərdə yanma prosesinin gedişi və mərhələləri. Dizel mühərriklərində yanma prosesinin gedişi və mərhələləri. Qığılcımla alışdırmalı mühərriklər üçün yanma tənliyi. Dizel mühərrikləri üçün yanma tənliyi
- 15.Yanma prosesi. Yanma prosesinin açıq indikator diaqramı üzrə təhliliLaboratoriya
Yanma prosesinin sonundakı təzyiq və temperaturun təyin edilməsi
- 16.Genişlənmə prosesiMühazirə
Genişlənmə prosesinin gedişi və politrop göstəricisi. Genişlənmə prosesinin sonunda təzyiq və temperaturun təyini
- 17.Genişlənmə prosesiLaboratoriya
Genişlənmə prosesinin sonunda təzyiq və temperaturun təyini
- 18.Xaricetmə prosesiMühazirə
Xaricetmə prosesinin gedişi. Xaricetmə prosesinin sonundakı temperaturun yoxlanması. Nəqliyyat mühərriklərinin zəhərliyinin azaldılması yolları
- 19.Mühərrikin indikator parametrləriMühazirə
Mühərrikin indikator təzyiqi Mühərrikin indikator gücü. Mühərrikin indikator f.i.ə. və xüsusi indikator yanacaq sərfi. Mexaniki itkilər
- • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
- 20.Mühərrikin indikator parametrləriMəşğələ
Mühərrikin indikator təzyiqi Mühərrikin indikator gücü. Mühərrikin indikator f.i.ə. və xüsusi indikator yanacaq sərfi. Mexaniki itkilər
- 21.Mühərrikin indikator parametrləriLaboratoriya
Mühərrikin indikator təzyiqi. Mühərrikin indikator gücü. Mühərrikin indikator f.i.ə. və xüsusi indikator yanacaq sərfi. Mexaniki itkilər
- 22.Mühərrikin effektiv parametrləriMühazirə
Mühərrikin orta effektiv təzyiqi. Mexaniki f.i.ə. Mühərrikin effektiv gücü. Mühərrikin effektiv f.i.ə. və xüsusi effektiv yanacaq sərfi
- 23.Mühərrikin effektiv parametrləriMəşğələ
Mühərrikin orta effektiv təzyiqi. Mexaniki f.i.ə. Mühərrikin effektiv gücü. Mühərrikin effektiv f.i.ə. və xüsusi effektiv yanacaq sərfi
- 24.Mühərrikin effektiv parametrləri
Mühərrikin orta effektiv təzyiqi. Mexaniki f.i.ə. Mühərrikin effektiv gücü. Mühərrikin effektiv f.i.ə. və xüsusi effektiv yanacaq sərfi
- 25.Mühərrikin əsas konstruktiv ölçülərinin təyini, indikator diaqramının qurulması, istilik balansıMühazirə
Mühərrikin əsas konstruktiv ölçülərinin təyin edilməsi. İndikator diaqramının qurulması. Mühərrikin istilik balansı
- 26.Mühərrikin əsas konstruktiv ölçülərinin təyini, indikator diaqramının qurulması, istilik balansıMühazirə
Mühərrikin əsas konstruktiv ölçülərinin təyin edilməsi. İndikator diaqramının qurulması. Mühərrikin istilik balansı
- 27.Mühərrikin əsas konstruktiv ölçülərinin təyini, indikator diaqramının qurulması, istilik balansı.Mühazirə
Mühərrikin əsas konstruktiv ölçülərinin təyin edilməsi. İndikator diaqramının qurulması. Mühərrikin istilik balansı.
Ədəbiyyat
- 1. A.Ş. İsmayılov, M.Ə. Talıbov. Nəqliyyat mühərrikləri, avtomobillər və traktorlar (1-ci hissə -Nəqliyyat mühərrikləri ). Bakı, “Təhsil” NPM, 2006. -216 s. 2. Hüseynova Z., Kərimov N., Mehdiyev R., Əfəndiyev V. Avtomobil və traktor mühərrikləri. 1-ci hissə. Ali texniki məktəblər üçün dərslik. – Bakı, “Maarif”, 1971. – 435 s. 3. Q.M. Qocayev, M.N. Fərzəliyev, M.K. Cəfərli. Daxili yanma mühərriklərinin istilik hesabı. Bakı, «Turxan» NPB MMC, 2018, -172 s. 4. Q.M. Qocayev, Y.Ə. Mahmudov, A.M. Babayev. Daxili yanma mühərriklərinin dinamikası və konstruksiya edilməsi. Bakı, «Turxan» NPB MMC, 2020, -90 s. 5. Kərimov Z.X. Avtotraktor mühərriklərinin qidalanma sistemləri. -Bakı: ”Təhsil” EİM, 2012. -414 s
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |