Fənn · Nəqliyyat müəhndisliyi

Nəqliyyat mühərrikləri

İF-1555y6 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

Fənnin tədrisi «050632 – Nəqliyyat mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin:  nəqliyyat mühərriklərinin quruluşunu, işçi proseslərinin nəzəri əsaslarını mənimsəmələrini;  nəqliyyat mühərriklərinin dirsək-şatun mexanizminin kinematikası və dinamikası haqqında əsas anlayışları bilmələrini, mühərriklərin kinematik və dinamiki hesablarını aparmaq, kinematik və dinamik parametrlərinin diaqramlarını qurmaq bacarığına yiyələnmələrini;  nəqliyyat mühərriklərinin işçi siklinin və istilik balansının hesabını aparmaq, mühərriklərin əsas ölçülərini təyin etmək, indikator diaqramını qurumağı bacarmağı;  nəqliyyat mühərriklərinin effektiv parametrlərinin təyin edilməsinin metodikasını;  nəqliyyat mühərriklərinin hesabatlarının nəticəsində onların layihələndirilməsi metodikalarını öyrənmələrini ehtiva edir.

Fənn təlim nəticələri

  1. CLO 1: 1. Daxili yanma mühərrikləri sikllərinin iş prinsipinin öyrənilməsi. 2. Daxili yanma mühərriklərinin işçi proseslərinin öyrənilməsi. 3. Daxili yanma mühərriklərinin çıxış parametrlərinin hesablanmasının öyrənilməsi 4. Daxili yanma mühərriklərinin istilik balansının hesablanmasının öyrənilməsi. 5. Daxili yanma mühərriklərinin əsas ölçülərinin təyininin öyrənilməsi. 6. Daxili yanma mühərriklərinin kinematik və dinamik parametrlərinin təyininin öyrənilməsi. 7. Nəqliyyat hibrid güc qurğularının quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi. 8. Nəqliyyat dartı elektrik mühərriklərinin quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi.