Bakalavr proqramı
Nəqliyyat müəhndisliyiFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- İF-1555yFənnin səhifəsi: Nəqliyyat mühərrikləri
Nəqliyyat mühərrikləri
CLO 1: 1. Daxili yanma mühərrikləri sikllərinin iş prinsipinin öyrənilməsi. 2. Daxili yanma mühərriklərinin işçi proseslərinin öyrənilməsi. 3. Daxili yanma mühərriklərinin çıxış parametrlərinin hesablanmasının öyrənilməsi 4. Daxili yanma mühərriklərinin istilik balansının hesablanmasının öyrənilməsi. 5. Daxili yanma mühərriklərinin əsas ölçülərinin təyininin öyrənilməsi. 6. Daxili yanma mühərriklərinin kinematik və dinamik parametrlərinin təyininin öyrənilməsi. 7. Nəqliyyat hibrid güc qurğularının quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi. 8. Nəqliyyat dartı elektrik mühərriklərinin quruluşu və çıxış parametrlərinin təyininin öyrənilməsi.
- İFS-1556yFənnin səhifəsi: Texniki xarici dil (Nəqliyyat sistemləri)
Texniki xarici dil (Nəqliyyat sistemləri)
CLO 1: 1. İxtisas sahəsinə aid xarici dilli peşəkar terminologiyanı izah edir.
CLO 2: 2. İxtisas üzrə elmi və texniki mətnləri təhlil edir.
CLO 3: 3. İxtisas sahəsinə aid məlumatları xarici dildə şifahi və yazılı formada təqdim edir.
CLO 4: 4. Peşəkar ünsiyyətdə xarici dildə texniki terminologiyadan istifadə edir.
- İFS-1501Fənnin səhifəsi: Avtomobil nəqliyyatı vasitələrinin texniki istismarının əsasları
Avtomobil nəqliyyatı vasitələrinin texniki istismarının əsasları
CLO 1: Avtomobil nəqliyyatı vasitələrinin texniki istismarının nəzəri əsaslarını, texniki vəziyyətin dəyişmə qanunauyğunluqlarını və istismar amillərinin nəqliyyat vasitələrinin işləmə qabiliyyətinə təsirini izah edə biləcək.
CLO 2: Avtomobillərin etibarlılıq göstəricilərini (nasazlıqsız işləmə, uzunömürlülük, təmirəyararlılıq və saxlanılma qabiliyyəti) təhlil edə və onların yüksəldilməsi yollarını müəyyən edə biləcək
CLO 3: Avtomobillərin texniki təsirlər üzrə xidmət proseslərinin təşkili prinsiplərini və planlarını hazırlaya biləcək.
CLO 4: Müasir diaqnostika üsullarından və texniki nəzarət vasitələrindən istifadə etməklə avtomobil sistemlərinin texniki vəziyyətini qiymətləndirə biləcək.
CLO 5: Avtomobil nəqliyyatı müəssisələrində texniki istismar proseslərinin səmərəli təşkili, resurslardan istifadənin optimallaşdırılması və təhlükəsiz istismar tədbirlərini layihələndirə biləcək.
CLO 6: Ekoloji tələbləri, rəqəmsal texnologiyaları, intellektual nəqliyyat sistemlərini və müasir avtomobil texnologiyalarını nəzərə alaraq nəqliyyat vasitələrinin texniki istismarına dair mühəndislik qərarları qəbul edə biləcək.
- ÜF-1302y-NəqliyyatFənnin səhifəsi: Azərbaycan tarixi
Azərbaycan tarixi
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- ÜF-1306y-NəqliyyatFənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommun
Azərbaycan dilində işgüzar və akademik kommun
CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.