Fənn · Nəqliyyat müəhndisliyi

Avtomobil nəqliyyatı vasitələrinin texniki istismarının əsasları

İFS-1501 7 kreditYaz semestriSeçmə

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

—

Fənnin təsviri

Fənnin tədrisi «050632 – Nəqliyyat mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrə • nəqliyyat vasitələrinin texniki istismarının əsas məsələləri və onların tədqiq üsullarını; • istismar keyfiyyətləri və onların əsas xarakteristikaları, texniki vəziyyətin dəyişməsi, ona təsir edən amillərin analizini; • etibarlığın əsas xüsusiyyətləri, nəqliyyat vasitlərinə texniki təsirlərin planlaşdırılması,aparılmasının təşkili məsələləri; • təchizat məsələləri tədqiqi; • ekoloji problemlərlə bağlı nəzəri biliklərin tələbələrə tədrisidir. avtomobilin istismar göstəricilərini və avtomobillin ona qoyulan tələblərə uyğunluğunun tədrisini.

Fənn təlim nəticələri

  1. CLO 1: Avtomobil nəqliyyatı vasitələrinin texniki istismarının nəzəri əsaslarını, texniki vəziyyətin dəyişmə qanunauyğunluqlarını və istismar amillərinin nəqliyyat vasitələrinin işləmə qabiliyyətinə təsirini izah edə biləcək.

  2. CLO 2: Avtomobillərin etibarlılıq göstəricilərini (nasazlıqsız işləmə, uzunömürlülük, təmirəyararlılıq və saxlanılma qabiliyyəti) təhlil edə və onların yüksəldilməsi yollarını müəyyən edə biləcək

  3. CLO 3: Avtomobillərin texniki təsirlər üzrə xidmət proseslərinin təşkili prinsiplərini və planlarını hazırlaya biləcək.

  4. CLO 4: Müasir diaqnostika üsullarından və texniki nəzarət vasitələrindən istifadə etməklə avtomobil sistemlərinin texniki vəziyyətini qiymətləndirə biləcək.

  5. CLO 5: Avtomobil nəqliyyatı müəssisələrində texniki istismar proseslərinin səmərəli təşkili, resurslardan istifadənin optimallaşdırılması və təhlükəsiz istismar tədbirlərini layihələndirə biləcək.

  6. CLO 6: Ekoloji tələbləri, rəqəmsal texnologiyaları, intellektual nəqliyyat sistemlərini və müasir avtomobil texnologiyalarını nəzərə alaraq nəqliyyat vasitələrinin texniki istismarına dair mühəndislik qərarları qəbul edə biləcək.