Fənn · Logistika və nəqliyyat texnologiyaları

Logistikanın əsaslarıSillabus

İF-10228y7 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-10228y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat mühazirə b) 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 135 saat sərbəst iş

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • layihə əsaslı öyrənmə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Logistikanın mahiyyətini, əsas anlayışlarını, prinsiplərini və qaydalarını izah edir, logistikada axınların növlərini və xüsusiyyətlərini fərqləndirir.

  2. CLO 2: Logistik sistemlərin quruluşunu, funksional sahələrini və logistik xidmətlərin növlərini şərh edir, sadə logistik sistemlərin layihələndirilməsi prinsiplərini tətbiq edir.

  3. CLO 3: Tədarük logistikasının məqsəd və funksiyalarını izah edir, maddi resursların tədarük metodlarını müqayisə edir və müəyyən meyarlar əsasında təchizatçının seçimini əsaslandırır.

  4. CLO 4: İstehsal logistikasının mahiyyətini və istehsalın təşkili növlərini təhlil edir, istehsal prosesində material axınlarının idarə olunması üsullarını tətbiq edir.

  5. CLO 5: Bölüşdürmə logistikasının mahiyyətini izah edir, logistik zəncirləri qurur və təhlil edir, nəqliyyat növlərini texniki-iqtisadi göstəricilərinə görə müqayisə edərək daşımalar üçün optimal variantı seçir.

  6. CLO 6: Logistikanın informasiya təminatını, nəqliyyat logistikasında istifadə olunan informasiya texnologiyalarını və SCM (təchizat zəncirinin idarə edilməsi) sistemlərini izah edir və praktiki logistik məsələlərin həllində rəqəmsal alətlərdən istifadə edir.

Mövzu planı

  1. 1.
    Logistika haqqında ümumi məlumatMühazirə
  2. 2.
    Logistikanın prinsipləri və qaydalarıMühazirə
  3. 3.
    Logistikada axınlar, onların növləri və xüsusiyyətləriMühazirə
  4. 4.
    Logistik sistemlər. Logistik sistemlərin layihələndirilməsiMühazirə
  5. 5.
    Logistikanın funksional sahələriMühazirə
  6. 6.
    Logistik xidmətlərMühazirə
  7. 7.
    Tədarük logistikasının məqsədi və funksiyalarıMühazirə
  8. 8.
    Maddi resursların tədarük metodları. Tədarükün növləri. Təchizatçının seçimiMühazirə
  9. 9.
    İstehsal logistikası və mahiyyəti. İstehsalın təşkilinin növləri.Mühazirə
  10. 10.
    İstehsal logistikasında material axınları idarə etməMühazirə
  11. 11.
    Bölüşdürmə logistikası və mahiyyəti. Logistik zəncirlərMühazirə
  12. 12.
    Logistikanın informasiya təminatıMühazirə
  13. 13.
    Nəqliyyat logistikasının informasiya texnologiyaları, SCM.Mühazirə
  14. 14.
    Logistikanin nəqliyyat tərkibi və nəqliyyat növləri.Mühazirə

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5