Bakalavr proqramı

Logistika və nəqliyyat texnologiyaları

Bakalavr6006025(050621)Nəqliyyat və LogistikaNəqliyyat Logistikası və Hərəkətin Təhlükəsizliyi23 fənn

Proqram haqqında

Proqramın məqsədi ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlimm nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir. Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırmaq və Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq bu proqramın əsas məqsədləridir

Dərəcə tələbləri

6006025 - Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə Təhsil Proqramı 240 ( 4 il ) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər ümumi fənlər olaraq 30 saat, İxtisas fənləri ( o cümlədən Mülki müdafiə ) 120 saat, ATM tərəfindən müəyyən edilən fənlər 60 saat, Təcrübə və buraxılış işi üzrə 30 saat olaraq bölünməlidir.

Proqramı araşdırın