Fənn · Logistika və nəqliyyat texnologiyaları

Logistikanın əsasları

İF-10228y7 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənn təlim nəticələri

  1. CLO 1: Logistikanın mahiyyətini, əsas anlayışlarını, prinsiplərini və qaydalarını izah edir, logistikada axınların növlərini və xüsusiyyətlərini fərqləndirir.

  2. CLO 2: Logistik sistemlərin quruluşunu, funksional sahələrini və logistik xidmətlərin növlərini şərh edir, sadə logistik sistemlərin layihələndirilməsi prinsiplərini tətbiq edir.

  3. CLO 3: Tədarük logistikasının məqsəd və funksiyalarını izah edir, maddi resursların tədarük metodlarını müqayisə edir və müəyyən meyarlar əsasında təchizatçının seçimini əsaslandırır.

  4. CLO 4: İstehsal logistikasının mahiyyətini və istehsalın təşkili növlərini təhlil edir, istehsal prosesində material axınlarının idarə olunması üsullarını tətbiq edir.

  5. CLO 5: Bölüşdürmə logistikasının mahiyyətini izah edir, logistik zəncirləri qurur və təhlil edir, nəqliyyat növlərini texniki-iqtisadi göstəricilərinə görə müqayisə edərək daşımalar üçün optimal variantı seçir.

  6. CLO 6: Logistikanın informasiya təminatını, nəqliyyat logistikasında istifadə olunan informasiya texnologiyalarını və SCM (təchizat zəncirinin idarə edilməsi) sistemlərini izah edir və praktiki logistik məsələlərin həllində rəqəmsal alətlərdən istifadə edir.