Fənn · Elektrik və elektronika mühəndisliyi

Mühəndis və kompüter qrafikasıSillabus

İF-3938y6 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3938y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə-15. b)seminar-30, c) laboratoriya-15
Auditoriyadan kənar saatlar
a) TSİ-90, b) MRTSİ-30

Fənn haqqında

«Mühəndis və kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmə¬lərini və Mühəndis və kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Mühəndis və kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə cizgilərin realistik 3D modellərin alınması, 2D cizgi¬lərin və sxemlərin çəkilməsi, hesablan¬ması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məş¬ğul olan sahədir. «Mühəndis və kompüter qrafikası» mühəndis-texniki təhsilin for¬malaş¬ması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Mühəndis və kompüter qrafikasının pred¬meti. Rastr, vektor, fraktal qrafikanın for¬ma¬tı və proqram təminatları. Rənglər haq¬qında. Çertyojların tərtibi üçün bəzi stan¬dartlar. Həndəsi qurmalar.(M)Mühazirə
  2. 2.
    Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsi.(S) Məşğələ
  3. 3.
    LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
  4. 4.
    Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qo¬vuş¬¬ması. Düz xətlə çevrənin və iki çevrənin qovuş¬ması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (1- ci məsələ).(S)Məşğələ
  5. 5.
    Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyek¬siyaları, izləri və əsl boyu-nun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)Mühazirə
  6. 6.
    Maillikdən istifadə etməklə profillərin qurulması. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(S)Məşğələ
  7. 7.
    Maillikdən istifadə etməklə profillərin qurulması. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(S)Məşğələ
  8. 8.
    Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
  9. 9.
    Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyeksiyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-ci məsələ).(S)Məşğələ
  10. 10.
    Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti.(M)Mühazirə
  11. 11.
    Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziy-yətinə aid məşğələ.(S)Məşğələ
  12. 12.
    LAB.№2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.(L)Laboratoriya
  13. 13.
    Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müs¬təvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(S) Məşğələ
  14. 14.
    Çoxüzlülər və fırlanma səthlərinin orto¬qo¬nal proyeksiyaları. Nöqtə və xətlərin səth¬lərə mənsubluğu. Səthlərin düz xət və müs¬təvilə kəsişməsi (xüsusi hal).(M)Mühazirə
  15. 15.
    Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (4)--ci məsələ).(S)Məşğələ
  16. 16.
    Stillərdən istifadə etməklə ölçülərin qoyulması.(L)Laboratoriya
  17. 17.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
  18. 18.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
  19. 19.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Naturadan detalların görünüşl-ərinin, kəsik və en kəsiklərinin qurulması qay¬dası. Aksonometrik proyeksiyalar haq-qında.(M)Mühazirə
  20. 20.
    Kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)Məşğələ
  21. 21.
    LAB.№3. Üçbucaq müstəvisinin kompleks cizgisinin çəkilməsi (L)Laboratoriya
  22. 22.
    Yivli. Standart yivli birləşdirici detalların cizgilərininə aid məş¬ğələ. 1 №-li sərbət işin tapşırığının verilməsi (7-ci məsələ).(S)Məşğələ
  23. 23.
    Detal birləşmələri haqqında ümumi məlu¬mat. Detallarda və bir¬ləş¬mələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli de-tal¬¬ların cizgisi. Detal birləşmələrində isti¬fadə edilən emprik düs¬tur¬lar. Bolt birləşməsi1 №-li sərbət işin tapşırığının verilməsi (8-ci məsələ). Qaynaq, le¬him və yapışqan birləşmələrinin çertyoj-da təsviri. Digər növ birləşmələr və ötür¬mə¬lərin cizgidə təsviri. Prinsipial elektrik sxe¬minin tərtibi qaydası və elementlərin qrafiki işarəsi.(M)Mühazirə
  24. 24.
    Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ.(S)Məşğələ
  25. 25.
    Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təs¬viri və işarə olunmasına aid məşğələ. (S) Məşğələ
  26. 26.
    LAB.№4. Prinsipial elektrik sxemlərinin qrafiki elementlətrindən ibarət blokların yaradılması və faylda saxlanması. Blok kimi faylda saxlanmış prinsipial elektrik sxeminin qrafiki elementlərindən istifadə etməklə onun tərtibi.(L)Laboratoriya
  27. 27.
    Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələş-mə¬lər haqqında. Təsnifat cədvəli. Yığım vahi¬dinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)Mühazirə
  28. 28.
    Prinsipial elektrik sxeminin tərtibi və elementlərinin qrafiki şərti işarələnməsinə aid məşğələ. 1 №-li sərbət işin tapşırığının verilməsi (9-ci məsələ).(S)Məşğələ
  29. 29.
    Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və eskizinin çəkilməsinə aid məşğələ. 1 №-li sərbət işin tapşırığının verilməsi (10-ci məsələ).(S) Məşğələ
  30. 30.
    LAB.№5. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, 3D modeldən 2D cizgilərinin alınması, çapı.(L)Laboratoriya
  31. 31.
    Vizualizasiya. Kamera, tekstura, material, işıqdan istifadə etmək¬lə detalların realistik (Render) təsvirlərinin alınması ardıcıllığı. Modellərin çapı. 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(M)Mühazirə
  32. 32.
    Yığım vahidinin ümumi görünüş cizgisinin hissələrinin AutoCAD proqramında 3D model kimi yerinə yetirilməsi və vizualizasiyası-dizaynı. İnventor əlavəsinin tətbiqilə 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(S)Məşğələ
  33. 33.
    Cizgilərin çapı.(L)Laboratoriya
  34. 34.
    1-ci tapşırıq: Həndəsi qurmalardan istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi.Sərbəst iş
  35. 35.
    -ci tapşırıq: Maillikdən istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi.Sərbəst iş
  36. 36.
    3-cü tapşırıq: Verilmiş koordinatlarla nöqtənin hər üç proyeksiyasının epürdə və fəzada qurulması.Sərbəst iş
  37. 37.
    4-cü tapşırıq: Xüsusi vəziyyətdə verilmiş müstəvilə kəsilmiş fəza fiqu¬runun hər üç proyeksiyasının qurulması.Sərbəst iş
  38. 38.
    5-ci tapşırıq: İki görünüşə görə üçüncü görünüşün qurulması və kəsik¬lərin verilməsi.Sərbəst iş
  39. 39.
    6-ci tapşırıq: Əyani təsvirlə verilmiş modelin lazımı kəsik verməklə hər üç görünüşünün çəkilməsi.Sərbəst iş
  40. 40.
    7-ci tapşırıq: Sökülə bilən birləşmələrdə istifadə edilən standart bir¬ləş¬dirici detalların ölçülərini standartdan seçməklə çəkilməsi.Sərbəst iş
  41. 41.
    8-ci tapşırıq: Bolt birləşməsiSərbəst iş
  42. 42.
    9-cu tapşırıq: Naturadan verilmiş detalın eskizinin çəkilməsi.Sərbəst iş
  43. 43.
    10-cu tapşırıq: Verilmiş yığım vahidinin ümumi görünüş çertyojundan bir ədəd detalın eskizinin çəkilməsi.Sərbəst iş

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5