Fənn · Elektrik və elektronika mühəndisliyi

Sahə texnologiyasının əsaslarıSillabus

İF-2164y6 kreditYaz semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2164y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə: 30 Seminar: 15
Auditoriyadan kənar saatlar
TSİ: 105 MRTSİ: 30

Fənn haqqında

Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı haqqında tələbələrə ətraflə bilik bazası təmin edəcəkdir. Sahə Texnologiyalarının əsasları fənni elektroenergetika sahəsində peşəkar bilik və bacarıqlara yiyələnmək istəyən bakalavr tələbələrinə praktiki və nəzəri biliklərin inteqrasiyasını təmin edir. Kurs sahə texnologiyaları ilə bağlı avtomatlaşdırma, nəzarət, monitorinq və diaqnostika sistemlərinin əsaslarını öyrətmək məqsədi daşıyır. Enerji istehsalı, paylanması və istifadə proseslərində tətbiq olunan texnoloji proseslərin avtomatlaşdırılması üzrə əsas prinsiplər tələbələrə tanıdılacaqdır. Bu fənn vasitəsilə tələbələr, texnoloji proseslərdə analoq və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, sensorların, aktuatorların və müxtəlif nəzarət modullarının funksiyaları haqqında bilik əldə edəcəklər. Tədris ediləcək kursun digər məqsədlərindən biri də tələbələrə müasir texnoloji yeniliklərin, avtomatlaşdırma sistemlərinin və informasiya texnologiyalarının sahə avadanlıqlarında necə tətbiq olunduğunu izah etməkdir. Bu biliklər tələbələrə gələcəkdə elektroenenergetika sistemlərində qarşılaşa biləcəkləri sahə işlərini icra etmək üçün əsaslı bilik bazası təmin edəcəkdir. Kursun tamamlanması ilə tələbələr sahə texnologiyalarının işləmə prinsiplərini, tətbiq sahələrini və müasir elektroenergetika obyektlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin funksiyalarını dərk edəcək, həmçinin texnologiyaların optimallaşdırılması və enerji sistemlərinin effektivliyinin artırılması üzrə praktiki bacarıqlar əldə edəcəklər.

Tədris metodları

  • mühazirə
  • seminar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. Ədəbiyyat 1. Həsənov Q.A. “Bərpa olunan və alternativ enerji qurğuları” Bakı 2019 Azərişıq, 130 səh 2. Əliyev H. S. “Elektroenergetikada ölçmə texnikası” dərs vəsaiti 3. Xeyirxəbərov M. M. Qaz-Turbin Qurğuları və Buxar Qaz Elektrik Stansiyaları metodik vəsasit, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu MMC; 4. Yusifbəyli N. A., Quliyev H.B., Elektrik Sistemlərinin Avtomatikası Bakı 2017 5. Yusubov N.D., Texnoloji proseslərin Renovasiyası Əsasları” AzTU, Bakı-2014; 6. Kazımzadə Z. İ. Elektrotexnika Bakı 1964-cü il 7. Məmmədov S.Z; Bağırov N.M; Salmanov B.Z. Elektrik stansiyalarının elktrik hissəsi; Gəncə 2014. Əlavə vəsaitlər: 1. Azərenerji ASC-Elektroenergetika Sisteminin Əsas Sxemi 2. Elektroenergetika Sisteminin Texniki İstismar Qaydaları 3. Siemnes AG-Buxar Qaz Elektrik Stansiyalarınaın Sahə avadanlıqları 4. KKS Code — Kraftwerk Kennzeichnen System / Identification Systems for Power Plants

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5