Fənn · Elektrik və elektronika mühəndisliyi
Sahə texnologiyasının əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
—
Fənnin təsviri
Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı haqqında tələbələrə ətraflə bilik bazası təmin edəcəkdir. Sahə Texnologiyalarının əsasları fənni elektroenergetika sahəsində peşəkar bilik və bacarıqlara yiyələnmək istəyən bakalavr tələbələrinə praktiki və nəzəri biliklərin inteqrasiyasını təmin edir. Kurs sahə texnologiyaları ilə bağlı avtomatlaşdırma, nəzarət, monitorinq və diaqnostika sistemlərinin əsaslarını öyrətmək məqsədi daşıyır. Enerji istehsalı, paylanması və istifadə proseslərində tətbiq olunan texnoloji proseslərin avtomatlaşdırılması üzrə əsas prinsiplər tələbələrə tanıdılacaqdır. Bu fənn vasitəsilə tələbələr, texnoloji proseslərdə analoq və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, sensorların, aktuatorların və müxtəlif nəzarət modullarının funksiyaları haqqında bilik əldə edəcəklər. Tədris ediləcək kursun digər məqsədlərindən biri də tələbələrə müasir texnoloji yeniliklərin, avtomatlaşdırma sistemlərinin və informasiya texnologiyalarının sahə avadanlıqlarında necə tətbiq olunduğunu izah etməkdir. Bu biliklər tələbələrə gələcəkdə elektroenenergetika sistemlərində qarşılaşa biləcəkləri sahə işlərini icra etmək üçün əsaslı bilik bazası təmin edəcəkdir. Kursun tamamlanması ilə tələbələr sahə texnologiyalarının işləmə prinsiplərini, tətbiq sahələrini və müasir elektroenergetika obyektlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin funksiyalarını dərk edəcək, həmçinin texnologiyaların optimallaşdırılması və enerji sistemlərinin effektivliyinin artırılması üzrə praktiki bacarıqlar əldə edəcəklər.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.