Fənn · Elektrik və elektronika mühəndisliyi

Sahə texnologiyasının əsaslarıSillabus

İF-2164y6 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2164y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn gələcək məzunları ixtisas sahəsinin əsas texnologiyaları, aparat və qurğuları ilə tanış edir, elektrik və elektron cihaz və qurğularının istehsal texnologiyaları, ixtisas sahəsinin texniki və texnoloji inkişaf perspektivləri haqqında biliklər verir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Sahə texnologiyalarının mahiyyətini və elektroenergetika sistemində tətbiq sahələrini izah edir.

  2. CLO 2: Elektrik ölçmə vasitələrinin təyinatını və əsas ölçmə prinsiplərini izah edir, verilmiş ölçmə nəticələrini şərh edir.

  3. CLO 3: Elektroenergetika sisteminin tərkib hissələrini və elektrik enerjisinin istehsal, ötürmə və paylanma ardıcıllığını sxem üzrə izah edir.

  4. CLO 4: Elektrik stansiyalarını və bərpa olunan enerji mənbələrini iş prinsipi və tətbiq imkanlarına görə müqayisə edir.

  5. CLO 5: Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərində texnoloji avadanlıqların funksiyalarını təhlil edir.

  6. CLO 6: Elektroenergetika obyektlərində ölçmə, nəzarət və avtomatik idarəetmə texnologiyalarının tətbiqini nümunə əsasında əsaslandırır.

  7. CLO 7: Laboratoriya nəticələrini şərh edir və hesabat hazırlayır.

  8. CLO 8: Komanda şəklində texniki layihə təqdim edir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-8
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-8
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-8