Fənn · Elektrik və elektronika mühəndisliyi
Sahə texnologiyasının əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Akademik il
2025-2026
Fənnin təsviri
Fənn gələcək məzunları ixtisas sahəsinin əsas texnologiyaları, aparat və qurğuları ilə tanış edir, elektrik və elektron cihaz və qurğularının istehsal texnologiyaları, ixtisas sahəsinin texniki və texnoloji inkişaf perspektivləri haqqında biliklər verir.
Fənn təlim nəticələri
CLO 1: Sahə texnologiyalarının mahiyyətini və elektroenergetika sistemində tətbiq sahələrini izah edir.
CLO 2: Elektrik ölçmə vasitələrinin təyinatını və əsas ölçmə prinsiplərini izah edir, verilmiş ölçmə nəticələrini şərh edir.
CLO 3: Elektroenergetika sisteminin tərkib hissələrini və elektrik enerjisinin istehsal, ötürmə və paylanma ardıcıllığını sxem üzrə izah edir.
CLO 4: Elektrik stansiyalarını və bərpa olunan enerji mənbələrini iş prinsipi və tətbiq imkanlarına görə müqayisə edir.
CLO 5: Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərində texnoloji avadanlıqların funksiyalarını təhlil edir.
CLO 6: Elektroenergetika obyektlərində ölçmə, nəzarət və avtomatik idarəetmə texnologiyalarının tətbiqini nümunə əsasında əsaslandırır.
CLO 7: Laboratoriya nəticələrini şərh edir və hesabat hazırlayır.
CLO 8: Komanda şəklində texniki layihə təqdim edir.






