Ümumi məlumat
- Fənn kodu
- İF-2163y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə - 45 saat laboratoriya - 15 saat seminar - 15 saat
- Auditoriyadan kənar saatlar
- TSİ: 105 MRTSİ: 55
Fənn haqqında
Fənn öyrənilməsinin əsas məqsədlərinə aşağıdakılar daxildir: Tələbədə güc elektronikasının sahəsində peşəkar bacarıqların formalaşdırılması, elektrik və elektronik güc çeviricilərinin tətbiqi ilə texnoloji proseslərin elektromexaniki sistemlərin avtomatlaşdırılması ilə əlaqədar gələcək peşə fənlərini öyrənmək üçün tələb olunun ilkin və zəruri biliklərin təmin olunması. Fənnin öyrənilməsinin əsas vəzifələrinə aşağıdakılar daxildir: Gələcək bakalavrların güc elektronikasının cihazlarının layihələndirilməsi, sınaqdan keçirilməsi və istismarı üzrə nəzəri və praktik hazırlığı. I.2. Fənnin bakalavriat təhsil proqramı strukturundakı yeri. "Güc elektronikası və elektrik intiqalı" fənni ixtisasın Təhsil Planının əsas 120 kreditlik bölməsinə daxil olan məcburi tədris edilən ümumpeşə fənnidir. I.3. Fənnin mənimsənilməsi nəticəsində tələbələrdə formalaşmalı olan kompetensiyaların formalaşması mərhələsi kimi aşağıdakı öyrənmə nəticələrinin əldə edilməsi təmin olunmalıdır: * Güc elektronikası avadanlıqlarını və elektrik intiqallarını təsnifat əlamətlərinə görə sinifləşdirməyi, onların təsnifat qruplarına görə sxematik həlli üsullarını ; * Güc yarımkeçirici cihazlarının və elektrik intiqallarının işləmə prinsipini və tətbiq xüsusiyyətlərini * Güc çeviricisi –elektromexaniki çevirici sistemində statik və tənzimləmə xarakteristikalarının nəzəri –riyazi tədqiqini bilməlidir. * Güc elektronika qurğularının və elektrik intiqallarının seçilməsini, texniki-istismaq parametrlərinin hesabının aparılmasını; * Tətbiqi proqram paketləri ilə müəyyən edilən virtual mühitlərdə modeləşşdirilməsini, simulyasiyasını və simulyasi nəticələrini təhlil etməyi; * Güc elektronika qurğularının və elektrik intiqallarının laboratoriya şəraitində müstəqil tədqiqinin yerinə yetirilməsini bacarmalıdır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- Ədəbiyyat Əsas ədəbiyyat 1. V.A. Neymətov. Güc elektronikasının əsasları. Dərs vəsaiti (TEMPUS-CD_JEP-21031-2000 AzTU-Baku layisi ilə) Bakı: Şur-2003. 75 s. 2. V.A. Neymətov. Güc elektronikası və intiqalın idarə edilməsi . Mühazirə-Albom . Elektron resurs. 3. X. Həşimov , V.A. Neymətov. Güc elektronikası və elektrik intiqalı fənnin üzrə laboratoriya işlərinin yerinə yetirilməsi Elektron resurs 4. A.M. Paşayev, N. C. Hacıyev, R. N. Nəbiyev. Elektronikanın əsasları. Ali məktəblər üçün dərs vəsaiti, Bakı, 2003-cü il, 272 səh. Əlavə ədəbiyyat 4. Христич В.В. Лабораторный практикум по курсу “Электроника”. – Таганрог: Изд-во ТТИ, 2009. – 148 с. ISBN 978-5-8327-0324-4 5. Иноземцев И.М., Краснов А.Е. Электротехника и электроника. Учебно-практическое пособие. –М., МГТУТУ. 2004. 6. . Rainer Felderhoff . Elektrische und elektronicshe meb technik. Aufl.-München; wien: Hanser, 1993 (Lernbücher der Technik) İSBN 3- 446-17454- 0 7. Дьяконов В. П., Круглов В. В. MATLAB 6.5 SP1 7/7 SP1/7 SP2 +Simulink 5/6 в. Инструменты искусственного интеллекта и биоинформатики. – М.: Солон¬ ПРЕСС, 2006 .
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |